Cümə axşamı , Noyabr 26 2020
Ana səhifə / Media / Habil Vəliyevin məhkəməsi başladı

Habil Vəliyevin məhkəməsi başladı

Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən həbs edilən və reketlik fəaliyyətində ittiham olunan “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com zəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Daha sonra Habil Vəliyevin vəkilləri bir neçə vəsatət qaldırıb. Vəkillər müvəkkilinin hazırda saxlanıldığı Dövlət Təhlükəsizliyi Xidmətinin baş istintaq idarəsinin təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürlüməsi barədə vəsatət veriblər.

Vəkillər həmçinin, Habil Vəliyevin barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini istəyiblər.

Vəsatətlər təmin edilməyib. Məhkəmənin baxış iclası dekabrın 26-na təyin olunub.

İttihama görə, ölkədə insanları şantaj edən media orqanlarının rəhbərləri və əməkdaşları ilə bağlı istintaq-əməliyyat tədbirləri nəticəsində “Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev hədə-qorxu ilə tələb etmə cinayəti üzrə məsuliyyətə cəlb edilib.

Sonradan “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və müavini Hikmət Nəcəfli də həbs edib. Onlar qadınları digər şəxslərlə görüşdürüb münasibətlərinin gizli videoçəkilişlərini aparması, onları şantaj etməsi, habelə ayrı-ayrı şəxslər barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mütəmadi olaraq mətbu orqanlarda dərc etdirib bu fəaliyyətin dayandırılması müqabilində vətəndaşlardan külli miqdarda pul tələb edilməsi və alınması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplanılmasında ittiham olunur.

Cinayət işi üzrə təqsirləndirilən “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun müavini Hikmət Nəcəfli barəsində aparılan ibtidai istintaq başa çatıb və onların cinayət işi Habil Vəliyevin işindən ayrılıb, aytıca icraata verilib.

Cinayət işi üzrə 100-dən çox zərərçəkmiş var.

Həmçinin oxuyun

“Associated Press” azərbaycanlı məcburi köçkünlərin ağır taleyi haqda – FOTO

Məşhur “Associated Press News” agentliyi azərbaycanlı məcburi köçkünlərlə bağlı məqalə hazırlayıb. “Müharibə səbəbindən köçkün düşən …