Ana səhifə / Media / Həbsdə olan jurnalist əfv olundu

Həbsdə olan jurnalist əfv olundu

“Azadlıq” qəzetinin həbsdə olan bölgə müxbiri Elçin İsmayıllı əfv olunub.

O, Prezident İlham Əliyevin martın 18-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə əfv edilib.

Beləliklə, 1978-ci il təvəllüdlü E.İsmayıllı cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Qeyd edək ki, İsmayıllı Elçin Səməd oğlu Şəki Ağır Cinayətlər Məhkəməsinin 2017-ci il 18 sentyabr tarixli hökmü ilə 9 il müddətinə məhkum edilib. O, Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə və vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə təqsirli sayılıb.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …