Şənbə , Sentyabr 21 2019
Ana səhifə / Media / Hərbi hazırlıq müəllimləri testdən keçə bilmədi — VİDEO

Hərbi hazırlıq müəllimləri testdən keçə bilmədi — VİDEO

Azərbaycanda hərbi hazırlıq müəllimləri diaqnostik qiymətləndirmədə çətinliklə üzləşiblər.

5 gün əvvəl Bərdədə bölgədəki müəllimlərin diaqnostik qiymətləndirilməsi həyata keçirilib.

Qaydalara uyğun olaraq ümumilikdə 60 sual təqdim edilib. Onlardan 40-ı müəllimin ixtisasına, 20-si isə kurikuluma uyğun olub.

Rayonda 15 ildir hərbi hazırlıq fənnini tədris edən Şamil Abdullayev deyir ki, onlar dərsləri kurikulum üzrə keçmirlər və heç bir təlimdə də iştirak etməyiblər.

Ş.Abdullayev qiymətləndirmənin bu cür keçirilməsini düzgün hesab etmir. Ona görə də, kurikulumda iştirak etməyən müəllimlərə güzəşt tətbiq edilməli olduğunu deyir.

Məsələ ilə bağlı Təhsil Nazirliyindən bildirilib ki, 2008-ci ildən başlayaraq bütün müəllimlər kurikulum sistemi üzrə təlimlərə cəlb ediliblər. Hər hansı bir müəllimin həmin təlimdə iştirak etməməsi də onun səhvidir. Bu səbəbdən də heç bir müəllimə güzəşt edilməyəcək.

Həmçinin oxuyun

Elçin Şıxlı İctimai Televiziyadakı işindən DANIŞDI

Azərbaycan Jurnalistlər Birliyinin sədri, fəaliyyəti dayanmış “Ayna-Zerkalo” qəzetlərinin sahibi Elçin Şıxlı İctimai Televiziyada fəaliyyətə başlayıb. …

Bir cavab yazın