Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / “Hər şeyə pul xərcləyirlər, bir az da Rəsulzadənin büstünə xərcləsinlər”

“Hər şeyə pul xərcləyirlər, bir az da Rəsulzadənin büstünə xərcləsinlər”

Millət vəkili Fazil MustafaModerator.az-a açıqlamasında “Bakmil” metrosu stansiyasının yanındakı depo ərazisindən M.Ə.Rəsulzadənin büstünün  götürülməsi və bunun ardınca qurumun mətbuat xidmətinin verdiyi açıqlamada (http://moderator.az/index.php?xeber=75233 )

sadalanan arqumentlərə münasibət bildirib:

“Azərbaycanda hər şeyə pul xərcləyirlər. İndi  bir az da vəsait Rəsulzadənin büstünə xərcləsinlər, yeni bir büst düzəldib onun yerinə qoysunlar. Yararsız idi, büstü düzəldərdilər. Yararsız idi, monument qalardı, üstündən büstü qoyardılar. Bunların hamısı sadəcə bəhanədir, ciddi söhbət deyil. Insanlar bilməlidirlər ki, elə dəyərlər var ki, ona toxunmaq olmaz. Rəsulzadənin büstünü bu şəkildə götürmək də düzgün deyildi. Jurnalistləri yığardılar, aparardılar ora. Deyərdilər ki, burda belə bir probem var. Onlar məsələnin ictimaiyyət tərəfindən düzgün anlaşılmasını təmin etməli, bundan sonra belə bir addım atmnlı idi. Amma xəbərsiz edir, daha sonra da büst yararsız idi deyirlər. Bu nə yanaşmadır? Bu nə qeyri-ciddilikdir?”

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın