Ana səhifə / Media / Hər gün iki sərnişin avtobusu pulsuz işləyəcək – Ramazan boyu

Hər gün iki sərnişin avtobusu pulsuz işləyəcək – Ramazan boyu

Ramazan ayı boyu hər gün 107 saylı marşrut üzrə hərəkət edən iki mikroavtobus paytaxtda sərnişinləri pulsuz daşıyacaq.
Moderator.az Rusiya mediasına istinadla xəbər verir ki, belə bir xeyirxah təşəbbüslə Qırğızıstan paytaxtı Oşda marşrut briqadiri Matraim Asanov çıxış edib. Bütün sürücülər də bu gözəl aksiyanı dəstəkləyib. Şəhərdəki 107 saylı marşrut üzrə cəmi 60 mikroavtobus hərəkət edir.  Hər gün iki maşın pulsuz işləyəcəksə, bu minvalla Orucluq boyu həmin marşrutun  hər bir sürücüsü bir dəfə sərnişinlərə təmənnasız xidmət edə biləcək.
Ramazan boyu Oşda belə xeyirxah aksiyaların digər marşrut sahibləri tərəfindən də keçiriləcəyi bildirilir.
Onu da qeyd edək ki, Qırğızıstan paytaxtındakı şəhərdaxili avtobuslarda adi sərnişinlər 10 som(təxm. 25 qəp), şagirdlər isə 10 dəfə az, yəni cəmi 1 som(təxm. 2,5 qəp.) gediş haqqı ödəyirlər.
P.S.  Oşdan qat-qat varlı görsənən Bakıda oxşar bir təşəbbüslə çıxış edə bilən marşrut yiyəsi tapılmadı…

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın