Çərşənbə axşamı , İyun 22 2021
Ana səhifə / Media / Hər 13 saniyədən bir nikah pozulur

Hər 13 saniyədən bir nikah pozulur

Hər bir insan gənc yaşında, yaxud ömrünün müəyyən bir dövründə ailə qurmaq arzusunda olur. Bəzən bu arzu sevgidən, bəzən adi bir həvəsdən, bəzən isə valideynlərin təkidindən doğur. Sözsüz ki, xəyallarda yalnız gələcəyin xoşbəxt ailəsi canlanır. Bəs reallıqda nələr baş verir? Mənzil, şəxsi avtomobil, daimi iş, maddi imkan bağlanacaq nikahın uzunömürlülüyünə zəmanət verirmi? Gördüklərimiz, şahidi olduqlarımız, statistik rəqəmlər bir daha göstərir ki, nikahın möhkəmliyi, bütövlüyü heç də bunlardan asılı deyil. Bütöv nikah üçün hər şeydən öncə qarşılıqlı hisslərin bütövlüyü daha vacib şərtdir. Amma bunlarla yanaşı nikahöncəsi bilinməsi vacib olan digər məsələlər də var.
Modern.az saytı mövzu ilə bağlı yazını təqdim edir.
Ailə qurmağa hazırlaşanlar bəlkə də elə düşünürlər ki, evləndikdən sonra onlar sutkanın 24 saatını bir-birlərinə həsr edəcəklər. Bu fikirdə olanlar yanlışlığa yol verirlər. Ekspertlərin qənaətinə görə ailədə kişi və qadın gün ərzində bir-birlərinə orta hesabla maksimum 1 saat vaxt ayıra bilirlər. Əgər cütlüyün hər ikisi işləyirsə, bu müddət daha az olur. Nəzərə alsaq ki, işdən sonra ev işləri, televizor, internet və ya qonaq qəbul etmək kimi vaxtı əridən məsələlər də var, ekspertlərin rəyi ilə razılaşmaq olar. Odur ki, bəri başdan elə düşünməyin ki, ailə quracağınız adam bütün gününü sizə həsr edəcək.
Aparılmış tədqiqatlar və sorğular nəticəsində məlum olub ki, 81 faiz ailələr tam müstəqil yaşayırlar və onların ailə işlərinə heç kim qarışmır. Digər ailələrdə isə yaşam tərzi fərqlidir, yəni valideynlərin, qohumların, dostların, rəfiqələrin ailə işlərinə müdaxiləsi var. Müstəqil yaşayan cütlüklər özlərini daha xoşbəxt sayırlar.
Kişilərin öz həyat yoldaşlarına xəyanət etməsi əsasən 25-39 yaşlarında baş verir. Və çox maralı faktdır ki, bir çox hallarda onlar bunu etiraf etməkdən çəkinmirlər.
Bir çox qadınlar öz nikahlarını o zaman xoşbəxt və uğurlu sayırlar ki, ev işlərində bölgü cütlük arasında bərabər bölünür.
Aparılmış sorğular nəticəsində belə bir fakt meydana çıxıb ki, ailədə ilk övlad dünyaya gəldikdən sonra cütlüyün bir-birlərinə qarşı marağı xeyli azalır.
Nikahla bağlı maraqlı məlumatlardan biri də təhsillə bağlıdır. Təhsilə meylli, əhalisinin daha çox hissəsinin təhsil aldığı ölkələrdə insanlar daha gec ailə həyatı qururlar. Təhsildən, oxumaqdan uzaq olanlar isə daha gənc, hətta yeniyetmə yaşlarında evlənirlər.
Statistik göstəricilərə görə boşanma hallarının 60 faizi evliliyin ilk yeddi ilində baş verir.
Övladı olmayan ailələrdə boşanma halları övladı olan ailələrdən daha çoxdur.
Ailəli insanların ömrü tək və subay insanların ömründən uzun olur.
Hər 13 saniyədən bir dünyada bir nikah pozulur.
49 yaş ilk nikah üçün kritik yaş sayılır.
Özündən 7-9 yaş kiçik xanımla evlənən kişilərin vaxtsız ölüm riski həmyaşıd xanımlarla ailə quran kişilərdən 11 faiz aşağıdır.
Boşanma hallarından sonra cütlüklərdə yaranan stress ağır xəstəliklərin baş vermə ehtimalını bir neçə dəfə artırır.
Və ən nəhayət, nikahın əbədiliyi üçün qarşılıqlı sevgi mütləqdir.

Həmçinin oxuyun

Şəhid jurnalistlərə şeir yazıldı

Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində tank əleyhinə minaya düşərək həlak olan media əməkdaşları – Azərbaycan …

Bir cavab yazın