Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / “Həkimlər məni əlilə çevirdilər”

“Həkimlər məni əlilə çevirdilər”

Bu gün səhiyyə məmurlarının bir çoxu özlərinə tibb müəssisələri açırlar.

Bu da məlumdur, axı vəzifə əbədi deyil, “təmiz məmur əməyi ilə” qazanılan pulları isə harasa yatırmaq lazımdır. Bu, tamamilə əlverişli biznesdir. Axı, hansısa xoşagəlməz hal olanda (məsələn, uğursuz əməliyyat olanda) klinikalarla bağlı şikayət məhz dövlət məmuruna gəlir.Snimok-1

Bu günlərdə Bakı şəhər sakini Saləddin Əbdurrəhimov Kavkaznews.az saytına müraciət edib. Saləddin Əbdürrəhimov belə deyib: “Mən 6 fevral 2014-cü ildə avtomobil qəzasında dizimdən zədə almışam. Həmin vaxt problem yaşamadım, lakin hadisədən bir ay sonra dizim başladı şişməyə. Özüm H.Aslanov stansiyası yaxınlığında yaşayıram. Martın 17-də“Turan” klinikası yaşadığım yerə yaxın olduğuna görə, oraIMG_1757müraciət etdim. Məni göndərdilər rentgenə. Travmatoloq-ortoped Amir Bədəlov rentgenə baxanda dedi ki, “sənin xəbərin varmı, diz oynağın ovulub gedib, necə yeriyirsən?”.

O, tomoqrafiya müayinəsi olunmasını və əməliyyat edilməsinin vacibliyini vurğuladı. “Turan”da rentgendə işləyən kişi bizə Musa Nağıyev Klinikasında Sveta adlı həkimin yanında tomoqrafiya etdirməyi tövsiyə etdi, həmçinin, əməliyyat olacağı halda “Medilux”da işləyən ağdamlı cərrah-travmatoloq (indi baş1278-1 həkimdir) Ələkbər Həmidova müraciət etməyimizi məsləhət gördü. Martın 18-də Ələkbər Həmidovun yanına getdim, o dedi ki, təcili əməliyyat lazımdır. Dəqiqləşdirmək üçün tomoqrafiya etdirdik. Tomoqrafiyaya baxandan sonra, Ələkbər doktor dedi ki, tomoqrafiya da mən deyəni göstərib, 2-3 günə əməliyyat olunmalısan. Şişin yatması üçün 1-2 iynə də yazdı. Əməliyyatın mahiyyəti barədə soruşsam da, dəqiq bir şey demədi, sadəcə belə cavab verdi: “Yeriyəcəksən də, nə istəyirsən?”.

Martın 20-də əməliyyata girdim. Əməliyyata görə, “Medilux”un kassasına 970 manat pul ödədik. Dörd saat əməliyyatdan sonra, iki gün daha “Medilux”da qaldım, sonra evə buraxdılar. İki ay da əməliyyat olunan sol qıçım gipsdə qaldı.

IMG_1760O vaxtaşırı, gipsdən deşik açıb, dizimə yığılan mayeni çəkirdi, lakin son dəfə onun başdansovdu münasibəti məni şübhələndirdi. Həmçinin, dizimdə heç bir yaxşılaşma hiss etmirdim. Dəfələrlə çalışdım ki, Ələkbər doktorla danışıb bu probleminin səbəbini soruşum. Amma o, müxtəlif bəhanələrə məni başdan edir, “yaxşı olacaq, düzələcək” deyə arxayınlaşdırırdı. Noyabr ayına kimi belə davam etdi, noyabr ayında dizim başladı yenidən şişməyə.

Yenidən “Turan” Klinsddefaultikasına, Amir doktorun yanına getdim. O, epikrizə və tomoqrafiya nəticələrinə nəzər saldı. “Medilux”dan verilən 1165467 saylı epikrizdə “içəri və bayır bağların zədələnməsindən söz gedirdi”, tomoqrafiyada isə diz bağlarım yerində görünürdü. Lakin əməliyyatdan sonra məlum oldu ki, Ələkbər doktor mənim diz bağlarımı doğrayıb.

Amir doktor dedi ki, şiş çəkilsin əməliyyat edə bilərəm. Diaqnoz belə oldu: “Sol diz oynağının deformasiya olunmuş artrozu IV dərəcə”. 2015-ci il yanvar ayında qıçıma gips qoyuldu, aprel ayının 6-da əməliyyat olundum, sol dizimə endoprotez qoydular. Əməliyyat 8 saat çəkdi. Əməliyyat videoçəkilişi də “Turan”ın baş həkimində 1148var. Aprelin 11-də mən gipsdə evə qayıtdım. Bu əməliyyata görə, “Turan”a 4 min manat pul ödəmişdim. Daha 2 ay yarım gipsdə qaldım. Çəliklə yeriməyə çalışdım, gördüm ki, ayağım tez-tez kənara yayınır. Yenidən “Turan”a getdim, Amir həkim dedi ki, yenidən əməliyyat olunmalısan. Əvvəl məndən min manat istədilər, lakin mən baş həkimlə danışdım, ikinci əməliyyat olduğuma görə, əməliyyat üçün pul vermədim. Birinhqdefault-7ci əməliyyatda qoyulan endoprortezin ölçüsü düz hesablanmamışdı. 2015-ci sentyabrın 4-də “Turan”da ikinci dəfə, 4 saat əməliyyat olundum. Bu əməliyyata görə, mənə epikriz vermədilər.

Noyabr ayının axırına kimi yenə gips və dərmanların ümidinə qaldım. Yanvarın 20-nə kimi, yavaş-yavaş bir çəliklə yeriyirdim. Həmin gün ayağım tez-tez yayındığına görə, sol topuğum şişdi. İki həftə evdən çölə çıxmadım, ayağım üzüyuxarı uzadaraq evdə şişin çəkilməsini gözlədim.

2016-cı ilin fevralın 22-də  “Turan”da rentgen olundum, Amir doktor rentgenə baxıb dedi ki, topuğun 5 yerdən qırılıb, bu artıq mənlik deyil, hara gedirsən get.

Ondan sonra, martın 1141414-1024x641-də  Oksigen Klinikasına topuqdan əməliyyat olundum, 1200 manat pul ödədim. İndiyə kimi də, hələ topuğunda yaxşılaşma və şiş yatması müşahidə olunmur.

Həkimlər tərəfindən aldadıldığıma və dəfələrlə əməliyyat olunmağıma baxmayaraq, daha da ağır vəziyyətə düşdüyümü nəzərə alaraq, bu məsələdə mənə kömək etməyinizi, problemi ictimailəşdirməyinizi xahiş edirəm”.

S.Əbdürrəhimov həmçinin qeyd edib ki, o, Azərbaycan Tibb Universitetinin  Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri  Cəfər Bəkirliyə müraciət edib.“O dedi ki, əməliyyatlardan biri zamanı,  sol ayaq bağlarımı götürüblər, buna görə də, ayağın sözünə baxmır”, – deyə S.Əbdürrəhimov xatırladıb.Biz onun dediklərinin doğru olub-olmadığını yoxlamaq  üçün, sənədlər tələb etdik. O, bizə əməliyyat üçün pul keçirdiyini təsdiq edən qəbzləri və epikrizləri təqdim etdi.
3cd8ca99b25b99c72f75e735c89bda78_i-735

Sayt olaraq, S.Əbdürrəhimovu əməliyyat edən həkimlərlə danışmağa, əməliyyatların uğursuz olmasının səbəbini araşdırmağa qərar verdik. “Medilux” Klinikasının baş həkimi Ələkbər Həmidov bildirib ki, o, Saləddin Əbdürrəhimov adlı xəstəni xatırlamır.“Bizim klinika burda olan bütün əməliyyatlara görə məsuliyyət daşıyır”, – deyə Ələkbər Həmidov bildirib.

O, həmçinin qeyd edib ki, “Medilux”un həkimlərini qeyri-peşəkarlıqda ittiham etməzdən əvvəl, Saləddin Əbdürrəhimov müvafiq instansiyalara müraciət etməli idi.

shir-1“Ancaq bu orqanlar müəyyən edə bilər ki, əməliyyat uğurlu keçib, yoxsa, uğursuz”, – deyə Ə.Həmidov vurğulayıb.Həmidov qeyd edib ki, o, Bakı şəhərinin baş travmatoloqudur.“Mənə düzgün keçirilməyən əməliyyatlarla bağlı çox müraciət edirlər”, – deyə baş həkim bildirib.“Uğursuz əməliyyatlar olanda vətəndaşlar sizə müraciət edir?” – deyə soruşduq, “Bəli” cavabı aldıq.“Deməli, Əbdürrəhimov da şikayət üçün sizə müraciət etməlidir?” – deyə jurnalistimiz sual verdi.“Qoy, hara lazım bilir, ora da şikayət etsin” – deyə Ə.Həmidov bildirdi. Əbdürrəhimov əməliyyat edən başqa bir cərrah, “Turan” Klinikasının həkimi Amir Bədəlov bildirdi ki, Saləddin Əbdürrəhimov ilk əməliyyatı “Medilux”da edib. “Kəskinləşmənin səbəbini orda araşdırın”, – deyə Bədəlov bildirdi. Saləddin Əbdürrəhimov onun dediklərini təkzib etdi: “Mən ayaq bağlarımın götürülməsi barədə Cavad Bəkirlidən öyrəndim”. “Oksigen” Klinikasının həkimi Edlar Abbasov bildirdi ki, Saləddin Əbdürrəhimov adında xəstəni xatırlamır. Biz həmçinin, Tibb Universitetinin  Tədris-Cərrahiyyə Klinikasının şöbə müdiri  Cəfər Bəkirli ilə əlaqə saxladıq.

“Əgər əməliyyatlar uğurlu olsaydı, Saləddin Əbdürrəhimov ayaqları üstündə gəzə bilərdi, çəliyə möhtac qalmazdı”, – deyə Cəfər Bəkirli  sayta bildirdi.

 

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın