Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Hədələrə məruz qalan sakinlər: “Abid Şərifovun burada nə işi var?” – VİDEO, FOTO

Hədələrə məruz qalan sakinlər: “Abid Şərifovun burada nə işi var?” – VİDEO, FOTO

Xocahəsən qəsəbəsində, keçmiş motodromun həndəvərində salınmış yaşayış massivinin  sakinlərinin narazılığı davam edir. Qəsəbə kifayət qədər böyük əraziyə malik olsa da bir çox problemlə illərdir həll olunmur. Sakinlərin sözlərinə görə, burada 15 minə yaxın əhali yaşayır. 
Evləri plana düşən bu ərazinin sakinləri onlara veriləcək kompensasiyanın az olmasına etiraz olaraq ötən il 10 –a yaxın aksiyası keçiriblər.
Səbəb isə odur ki, “Avtovağzal” metrostansiyasının yeni çəkilən tunelinin üzərində yerləşən evlər və obyektlər artıq təhlükəli sayılır və hamısı sökülməlidir.
Sakinlərdən aldığımız məlumata görə, 70-ə yaxın ev plana düşüb. Bu evlərin köçürülməsi mütləqdir. Əks halda tunelin üzərində olan evlər çökə bilər. Bunun nəticəsidir ki, bir neçə evin bünövrəsi partlayıb. Bu insanlar isə müvəqqəti kirayələrdə yaşamağa məcbur olublar. Özünü təqdim etməyən şəxslər ev sahiblərinin icazəsi olmadan ölçü işləri aparırlar.
Tunelin qazıntı işləri artıq həmin evlərin bünövrəsi altında aparılır. Son məlumata görə, plana düşən evlərdən hələlik 20-i sökülüb. Həmin mənzillərin sahibləri evlərinin hər kvadratmetrinə görə 500-600 manat kompensasiya ilə razılaşaraq köçüblər. Qalan ailələr isə bu məbləğin az olduğunu əsas gətirərək köçməkdən imtina edirlər.
Kompensasiyanın verilməsi ilə məşğul olanlar qapı-qapı gəzərək sakinlərə tez-tez “gəlin, razılaşın, əks halda başınıza uçuracağıq” kimi təhdid və hədə dolu xəbərdarlıq edirlər. Bu yolla əhalini məcburi şəkildə razı salmağa çalışırlar. Lakin sakinlər də öz mövqelərini aksiyalar keçirməklə ortaya qoyur və evlərindən çıxmamaqda israrlı olduqlarını bildirirlər.
Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.





Həmçinin oxuyun

Miyatoviç Azərbaycan hakimiyyətini ifadə azadlığını boğmaqda günahlandırır

Avropa Şurasının İnsan Hüquqları üzrə Komissarı Dunya Miyatoviç Azərbaycanda jurnalistlərə və fəallara qarşı “artan repressiyalardan” …

Bir cavab yazın