Çərşənbə , May 22 2019
Ana səhifə / Media / Həbsdəki bloqçu xəstə anası ilə görüşmək istəyir

Həbsdəki bloqçu xəstə anası ilə görüşmək istəyir

Həbsdə olan bloqçu Mehman Hüseynovun anası ağır xəstədir və o, 10 günə yaxındır reanimasiyada müalicə alır.

Bu barədə “BBC News Azərbaycanca”ya Mehman Hüseynovun atası Rafik Hüseynov məlumat verib.

Onun sözlərinə görə, oğlunun anası ilə görüşməsi üçün müvafiq qurumlara ötən həftənin şənbə günü müraciət olunub: “Ürəyində olan problemə görə, kliniki ölüm keçirib. Ürəyi dayanmışdı və bu müddət ərzində komadadır”.

Bloqçunun vəkili Fuad Ağayev deyib ki, anasının səhhətində ciddi problemlər olduğu üçün Mehmanın qısa müddətli azadlığa buraxılması üçün Cəzaçəkmə müəssisəsinin rəhbərliyinə və Penitensiar xidmətə müraciət olunub.

Fuad Ağayev əlavə edib ki, qısa müddət deyəndə bir həftə nəzərdə tutulur: “Müraciət Mehman Hüseynov və onun digər vəkili Şəhla Hümbətova tərəfindən imzalanıb və rəsmi qurumlara təqdim olunub”. Onun sözlərinə görə, hələ də rəsmi qurumlardan müraciətlərinə cavab almayıblar.

Vəkil bildirib ki, bloqçunun anasının xəstəliyini təsdiq edən sənədlər də rəsmi qurumlara təqdim olunub.

Ədliyyə Nazirliyi Penitensiar xidmətdən isə “BBC News Azərbaycanca”ya bildiriblər ki, bu kimi müraciətlərə fərdi qaydada baxılır. Penitensiar Xidmətin sözçüsü Mehman Sadıqov deyib ki, müraciətə baxılıb qanunvericiliyə uyğun cavab ona veriləcək.

Video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci ilin martın 3-də iki il müddətinə həbs edilib. O, Daxili İşlər Nazirliyinin şikayətilə polisə “ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma” maddəsilə ittiham olunur.

Bloqçu haqqında olan ittihamları qəbul etmir.

Həmçinin oxuyun

Əflatun Amaşov Fuad Abbasovun saxlanılmasına münasibət bildirib

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Moskvada jurnalist Fuad Abbasovun saxlanılmasına münasibət bildirib.“Report” xəbər verir …