Şənbə , Oktyabr 24 2020
Ana səhifə / Media / Həbsdəki baş redaktorun vəziyyəti ağırlaşdı

Həbsdəki baş redaktorun vəziyyəti ağırlaşdı

Həbsdə olan jurnalist Fikrət Fərəməzoğlunun (İbişbəyli) səhhəti ağırlaşıb.

Bu barədə Yenicag.az-a jurnalistin həyat yoldaşı Faiqə Nosrəti məlumat yayıb.

O bildirib ki, jurnalist nevroz və təzyiqdən əziyyət çəkir: “Bir müddətdir ki, ürəyində kəskin ağrılar başlasa da, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülmür. Həkimin təyin etdiyi dərmanları da almışıq. Amma xəstəxanaya köçürülməsi vacibdir”.

Jurnalistin həyat yoldaşı ictimaiyyət nümayəndələrini bu məsələni diqqətdə saxlamağa çağırıb.

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsiylə ittiham olunub. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanıb. Amma jurnalist ittihamı qəbul etməyib.

O bildirib ki, «restoran», «masaj salonu» adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

Həmçinin oxuyun

Azərbaycan və Türkiyə bundan uğurla yararlanıb – “Qardian”

Azərbaycanın Ermənistana qarşı qazandığı uğurlarda “Bayraqdar” dronlarının əhəmiyyəti bütün dünyanın gündəmindədir. Axar.az xəbər verir ki, …