Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Güzəştli ipoteka media reyestrindən keçən jurnalistlərə şamil olunacaq – VİDEO

Güzəştli ipoteka media reyestrindən keçən jurnalistlərə şamil olunacaq – VİDEO

Jurnalistlər üçün güzəştli ipoteka media reyestrindən keçənlərə şamil olunacaq. Bunun üçün isə ilk olaraq media subyektləri qeydiyyatdan keçməlidirlər.

Bu fikirləri Medianın İnkişafı Agentliyinin şöbə müdiri Natiq Məmmədli deyib.

Onun sözlərinə görə, qeydiyyat media subyektləri üçün mütləq, jurnalistlər üçün isə könüllüdür.

Media reyestrində qeydiyyata düşən jurnalistlərə xüsusi vəsiqə veriləcək. Bu vəsiqə jurnalistin məlumatlarının media reyestrində olduğunu təsdiqləyən sənəddir. Sözügedən vəsiqə ilə jurnalistlər həm sosial ipoteka üçün müraciət edə biləcəklər, həm də bir sıra üstünlüklər qazanacaqlar.

Qurum rəsmisi proses zamanı tələb edilən 20 manat ödənişə də aydınlıq gətirib.

Qeyd edək ki, media reyestrinə daxil olan jurnalistlər üçün güzəştli ipotekanın alınmasında hər hansı say limiti nəzərdə tutulmayıb.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …