Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Media / Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət etdi

Gürcüstanlı jurnalist və ekspertlər Şuşanı ziyarət etdi

Azərbaycanda səfərdə olan gürcü jurnalist, bloger və ekspertlər Şuşa şəhərini ziyarət edib.

Bu barədə Azərbaycanın Gürcüstandakı Səfirliyi məlumat yayıb.
Qonaqlar Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın vəziyyəti ilə ətraflı tanış olublar. Onlar işğal dövründə dağıntılara məruz qalmış Şuşanın küçələrini gəzib, şəhərin hazırkı durumunu müşahidə ediblər.

Dağıdılmış tarixi binalar və abidələri öz gözləri ilə görən gürcüstanlı qonaqlar işğalın dəhşətli üzünü daha aydın şəkildə duyduqlarını bildiriblər.

Səfər çərçivəsində Xanqızı Xurşidbanu Natəvan, Üzeyir Hacibəyli və Bülbülün büstləri, Bülbülün bərpa edilmiş ev-muzeyi, Vaqifin məqbərəsi, Yuxarı Gövhərağa məscidi də ziyarət olunub. Nümayəndə heyəti Cıdır düzünə də baş çəkib.

Gürcüstanın ictimaiyyət nümayəndələrinin Azərbaycana səfəri davam edir.

Qeyd edək ki, gürcüstanlı qonaqlar bundan öncə işğaldan azad edilən Füzuli və Cəbrayıl rayonlarında da olublar.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …