Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton meyvə – Geri qaytarıldı

Gürcüstandan Azərbaycana gətirilən 9,2 ton meyvə – Geri qaytarıldı

Gürcüstandan Azərbaycana idxal olunan 9,2 ton nektarin və şaftalı geri qaytarılıb.

Qafqazinfo” xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, bu gün Gürcüstandan Azərbaycana daxil olan 9,2 ton nektarin və şaftalı məhsulundan götürülən nümunələr Respublika Karantin-Ekspertiza Mərkəzinin laboratoriyalarında yoxlanılıb. Ekspertiza nəticəsində məhsulda karantin tətbiq edilən zərərli orqanizmlərdən “Kaliforniya qalxanlı yastıcası” (Quadraspidiotus perniciosus Comstock) aşkar edilib.

“Kaliforniya qalxanlı yastıcası” polifaq karantin obyekti olub, armud, ərik, şaftalı, gilas, albalı, gavalı, badam, heyva, zoğal, naringi və s. kimi ümumilikdə 270-ə yaxın bitki növü ilə qidalanır. Zərərvericinin respublikanın bitki örtüyü üçün təhlükəliliyini nəzərə alaraq yük ixracatçı ölkəyə geri qaytarılıb.

Həmçinin oxuyun

Almaniyanın məşhur kanalında Gəncəyə hücumla bağlı reportaj yayımlandı

Almaniyanın “Deutsche Welle” telekanalında “Dağlıq Qarabağ münaqişəsi: Gəncədəki matəm və qəzəb” adı ilə reportaj yayımlanıb. …

Bir cavab yazın