Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Günel “Banu”dan getdi, yerinə o gəldi

Günel “Banu”dan getdi, yerinə o gəldi

“Space TV”də yayımlanan “Banu” verilişinin heyətində dəyişiklik edilib.

Proqramın aparıcı Günel Həsənzadə layihədən ayrılıb. Verilişə aparıcılıq etmək isə şairə Nazilə Səfərliyə həvalə olunub. O, bununla bağlı paylaşım edərək, Günelin xarici ölkəyə köçdüyünü vurğulayıb:

“Space TV”nin 17 illik mirası olan “Banu” Güneldən Naziləyə əmanət olundu. Əminəm ki, çoxunuz Günel xanımın gedişinə təəssüflənəcəksiniz. Səmimi olacağam, mən də üzüldüm. Mənə də asan olmayacaq, “Banu” izləyicilərinin könlünü almaq. Günel xanım ailə vəziyyəti ilə əlaqədar xarici ölkəyə köçdü. Niyyətin hara, mənzilin ora. Qapılarınıza toya gələk”. (Sfera.az)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …