Cümə , Aprel 19 2024
Ana səhifə / Media / “Günəşli” yanğınında itkin düşən daha bir neftçinin meyiti tapıldı – SOCAR-dan açıqlama

“Günəşli” yanğınında itkin düşən daha bir neftçinin meyiti tapıldı – SOCAR-dan açıqlama

Aprelin 2-də Xəzər dənizinin Türkmənistan sahillərində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

Mia.az SOCAR-a istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd 28 May NQÇ-nin 10 saylı dərin dəniz özülündə nəzarət ölçü cihazlarının çilingəri Rzaxanov Edik Rivazin oğlunundur.

O, dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağında baş vermiş qəzada itkin düşən neftçilərdəndir. Mərhuma Allahdan rəhmət, doğmalarına və əzizlərinə səbr diləyirik.

Məlumatda o da qeyd olunur ki, dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ”Günəşli” yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın