Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Gülçöhrə Məmmədova avtodayanacaq tikdirir

Gülçöhrə Məmmədova avtodayanacaq tikdirir

Memarlıq və İnşaat Universitetinin rektoru Azər adlı şərikilə birlikdə Məmməd Rahim küçəsinin bir hissəsini zəbt edib Azərbaycan Memarlıq və İnşaat Universitetinin, o cümlədən bu təhsil müəssisəsinin rektoru Gülçöhrə Məmmədovanın adı indiyədək bir sıra xoşagəlməz olaylarda hallanıb. Belə ki, əsasən sözügedən universitetdə tələbələrə normal təhsilin verilmədiyinə, semestr imtahanları zamanı bir sıra neqativ hallara imza atıldığına dair vaxtaşırı ayrı-ayrı media qurumlarında müxtəlif səpkili informasiyalara rast gəlinir. Mövzu ilə bağlı əldə etdiyimiz ən son bilgilərdə isə deyilir ki, 2000-ci ildən etibarən, yəni düz 16 ildir ki, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru postunda təmsil olunan Gülçöhrə Məmmədova avtodayanacaq biznesinə start verib. Belə ki, adıçəkilən təhsil müəssisəsinin rəhbərinin Məmməd Rahim küçəsindən «Azərbaycan» nəşriyyatına doğru, daha dəqiq desək, Mətbuat prospekti istiqamətində avtodayanacaq inşa etdirdiyini iddia edən mənbənin Gundelik-Baku.com-la paylaşdığı bilgilərdə deyilir ki, bu məsələdə Gülçöhrə Məmmədova ilə yanaşı, Azər müəllim adlı şəxsin də adı hallanır: «Deyilənlərə görə, Memarlıq və İnşaat Universitetinin, o cümlədən bu təhsil müəssisəsinin rektoru Azər adı şəxslə birlikdə həmin ərazidə böyük avtodayanacaq inşa etdirir. Belə ki, həmin «stayanka»nın tikintisində iştirak edən şəxslər özləri də qeyd edirlər ki, rəisimiz Azər müəllimdir, o, Gülçöhrə Məmmədova ilə danışıb, məsələni yoluna qoyublar. Bildirilir ki, həmin avtodayanacağın bir hissəsi universitetin ərazisini, bir hissəsi isə əsas yolu zəbt edib. Bu isə həm avtomobillərin, həm də piyadaların hərəkətinə mane olur. Eyni zamanda, rektorun şərikli inşa etdirdiyi «stayanka» yol qəzalarına səbəb olur. Həmin ərazidə tıxaclar da məhz bu səbəbdən yaranır». Bu arada, mövcud qanunvericiliyə görə, nəqliyyat vasitələrinin yol, prospekt və küçələrdən dayanacaq kimi istifadə etməsinin qadağan olunduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, görünən odur ki, Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova və onun şəriki olduğunu iddia edən Azər müəllim üçün bu qadağalar keçərli deyil: «Deyilənlərə görə, Gülçöhrə Məmmədova və şəriki Azər müəllimin birgə inşa etdirdiyi «stayanka»nın ucbatından Məmməd Rahim küçəsindən «Azərbaycan» nəşriyyatına doğru qalxan yolda gün ərzində tıxac olur. Çünki rektor və ortağı həmin yolun bir hissəsini şəxsi mülkiyyəti elan edib. Bu baş verənlər isə həm ətraf ərazidə yaşayan insanların, həm də həmin yoldan istifadə edən piyada və sürücülərin ciddi narazılığa səbəb olub. Bu səbəbdən də vətəndaşlar hesab edirlər ki, əlaqədar qurumlar prosesə müdaxilə etməli, bu rüsvayçılığın qarşısını almalıdırlar. Ümid edirik ki, aidiyyəti orqanlar bu özbaşınalığa göz yummayacaq və tezliklə məsələ ilə bağlı müvafiq tədbir görəcəklər». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın