Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Media / Güclü qar Lerikin 50 kəndini işıqsız qoyub

Güclü qar Lerikin 50 kəndini işıqsız qoyub

Yağan güclü qar nəticəsində işıqsız qalan Lerik rayonunun 50-yə qədər kəndinə elektrik enerjisinin verilməsi hələ də mümkün olmayıb. Dünən axşamdan başlayaraq cənub rayonlarına güclü qar yağır.

Gecə saatlarında havanın temperaturu 3 dərəcə şaxtadan 8-10 dərəcə şaxtayadək enib.

Lerik Rayon Fövqalədə Hallar Komissiyasından bildirilib ki, rayon mərkəzində qarın qalınlığı 10 sm, Piran ərazisində isə 25 sm təşkil edir. Yüksək ərazilərdə isə qarın hündürlüyü daha çoxdur. Küləyin elektrik təsərrüfatına vurduğu ziyan aradan qaldırılsa da, yenidən rayonun 50-dək kəndi işıqsız qalıb. Bu dəfə qarın yağması elektrik təsərrüfatında fasilələrin yaranmasına səbəb olub. Qarın ağırlığına tab gətirməyən dirəklər aşıb, naqillər qırılıb. Meşəlik ərazilərdən keçən xətlərin əksəriyyəti köhnə olduğundan, rayonun Vizəzəmin istiqamətində daha çox problemlər yaranıb.

Lənkəran-Lerik yolunda isə hərəkət hələ ki, normaldır. Buzlaşan ərazilərdə lazımi tədbirlər görülür. (“Report”)

Həmçinin oxuyun

Fransada Qarabağ haqqında reportajın müəllifi olan jurnalist kəskin tənqid olunur

«Sərhədsiz Reportyorlar» TF 1 televiziyasının jurnalistinin Dağlıq Qarabağ münaqişəsi haqqında hazırladığı reportajın yayımından sonra ona …

Bir cavab yazın