Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Güclü leysan Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətinə maneələr yaradıb – FOTO

Güclü leysan Lənkəran-Lerik yolunda nəqliyyatın hərəkətinə maneələr yaradıb – FOTO

Bu gün axşam saatlarında Lerik rayonu ərazisində yağan güclü leysan nəticəsində Lənkəran-Lerik yolunun bir neçə istiqamətində nəqliyyatın hərəkətinə maneələr yaranıb.
“Report” xəbər verir ki, dağlardan və yarğanlardan axan sel suları özü ilə birlikdə odun parçaları və palçıq qatı gətirərək yolda maneələrin ortaya çıxmasına səbəb olub. Ən son məlumata görə, çaylarda sululuq maksimum dərəcədə artıb.
Çay kənarında salınan istirahət mərkəzlərinə ciddi ziyan dəydiyi bildirilir. Sel suları bir neçə taxtadan olan katecləri (istirahət evini) qarşısına alaraq dağıdıb.
Rayon Fovqəladə hallar komissiyasının sədri Habil Məlikov Vizəzəmin, Çinqədulan, Züvüc, Əliabad, Nüvədi, Noda və daha bir neçə kəndlərdə yol infrastrukturuna, körpülərə və fərdi təsərrüfatlara ziyan dəydiyini təsdiqləyib. O, mal-qara arasında da tələfatın olduğunu bildirib.


Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın