Ana səhifə / Media / Güclü külək üzündən Lerik işıqsız qalıb – FOTO

Güclü külək üzündən Lerik işıqsız qalıb – FOTO

Lerikdə əsən güclü külək rayona verilən elektrik enerjisinin kəsilməsinə səbəb olub.

“Report” xəbər verir ki, axşam 19:00 radələrindən başlayaraq rayona 20 dəqiqə ərzində güclü küləklə müşayiət olunan leysan yağışı və qısa müddətli dolu yağıb.

İldırım çaxması səbəbindən rayonu elektrik enerjisi ilə təmin edən yarımstansiyada 3510 kilovoltluq xətdə transformatorun yağ açarında qəza baş verib. Bu səbəbdən rayona verilən elektrik enerjisi kəsilib. Bu, hələlik dəyən ziyan barəsində ilkin məlumatdır. Sakinlər yağıntı və küləyin taxıl zəmilərinə də ziyan vuracağını söyləyirlər.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın