Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Güclü külək şimal rayonlarını işıqsız qoydu

Güclü külək şimal rayonlarını işıqsız qoydu

Güclü külək Azərbaycanın Şimal regionunda fəsadlara səbəb olub.

“ Azinforum.az ” anspress-ə istinadən xəbər verir ki, regionun bir çox kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Xüsusilə Xaçmaz rayonunun Türkanoba kəndində 21 ağac kökündən çıxaraq kəndi elektrik enerjisi ilə təmin edən naqillərin üstünə aşıb.

«Azərişıq» QSC-nin Xaçmaz Elektrik Satışı Şəbəkəsinin rəhbəri Seymur Hacıyevin verdiyi məlumata görə, hazırda baş vermiş nasazlıqların aradan qaldırılması və elektrik enerjisinin verilməsinin bərpa olunması üçün 6 briqada fəaliyyət göstərir. Şəbəkə raisi həmçinin bildirib ki, hazırda bəzi kəndlərdə elektrik enerjisinin verilişi bərpa olunub.

Küləkli hava şəraiti Şimal regionunda hələ də davam edir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın