Cümə , Dekabr 4 2020
Ana səhifə / Media / Güclü külək şimal-qərb bölgəsində kəndləri işıqsız qoydu

Güclü külək şimal-qərb bölgəsində kəndləri işıqsız qoydu

Ötən gecə güclü küləklə müşaiyət olunan leysan ölkənin şimal-qərb bölgəsində elektrik enerjisi şəbəkəsinə də ziyan vurub. “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin virtualaz.org-a bildirdiyinə görə güclü külək Oğuz rayonunun Sincan, Padar, Deymedere, Kərimli, Qarabaldır, Daşüz, Qarabulaq kəndlərində, habelə Qəbələnin Pireli, Tuntul, Karxana, Dizaxlı, Nic və Mirzəbəyli kəndlərinin ərazisində iri gövdəli ağacları kökündən çıxarıb və elektrik enerjisi xətlərinin üzərinə aşırıb.

Küləyin gücü bəzi yerlərdə o qədər şiddətli olub ki, elektrik dayaqları da aşıb. Nəticədə həmin yaşayış məntəqələrində elektrik enerjisi təchizatında fasilələlər yaranıb.

Tanrıverdi Mustafayevin Oğuz rayonundan verdiyi məlumatda bildirilir ki, yaranmış vəziyyətlə bağlı “Azərişıq” ASC-nin əməkdaşları gecədən səfərbər olunub, bölgəyə əlavə mal-material, zəruri texnika göndərilib və güclü küləyin yaratdığı fəsadlar qısa müddətdə aradan qaldırılıb. Elektrik enerjisi ilə təchizat bərpa edilib.

 

Həmçinin oxuyun

RBK-nın jurnalisti Xankəndində gördüklərindən danışdı: Hər kəsdə silah var – VİDEO

RBK-nın Dağlıq Qarabağa ezam olunmuş jurnalisti Aleksandr Atasuntsev “Exo Moskvı” radiosuna Xankəndində gördüklərindən danışıb. Onun …

Bir cavab yazın