Ana səhifə / Media / “Gözdən əlil Xoşbəxt Qarayevin ailəsi mənzillə təmin edilib”

“Gözdən əlil Xoşbəxt Qarayevin ailəsi mənzillə təmin edilib”

Elman Babayev: “Lakin o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin mənzilə dair sənədləri hələ də götürməyib”

“Bakı şəhər sakini, II qrup gözdən əlil Qarayev Xoşbəxt Əlibala oğlunun şikayət xarakterli müracətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mənzillə təmin olunmadığını bildirməsi əsassız və həqiqətdən uzaqdır”. Bunu müsavat.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev dedi. 
 
O bildirdi ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Bakının Nərimanov rayonunda gözdən əlil insanlar üçün inşa olunmuş və 2015-ci ilin 24 dekabr tarixində istifadəyə verilən 132 mənzilli yaşayış binasının bölgüsü Bakı şəhərinin rayon icra hakimiyyətlərindən rəsmi şəkildə nazirliyə təqdim  edilmiş gözdən əlil şəxslərin mənzil növbəliliyi siyahıları əsasında həyata keçirilib:“Mənzillərin bölgüsü həyata keçirilən zaman Qarayevin ailəsinə də həmin yaşayış binasından birotaqlı mənzil verilməsi barədə qərar çıxarılıb. Bu barədə dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, Xoşbəxt Qarayev həmin mənzilə dair sənədləri hələ də götürməyib. O, mənzillə təmin edilsə də yenə də mənzil növbəsində saxlanılması şərtilə həmin sənədləri gəlib götürəcəyini, əks halda, ona verilmiş birotaqlı mənzildən imtina edəcəyini bildirib. Bundan sonra isə  Xoşbəxt Qarayev müxtəlif instansiyalara, habelə KİV-lərə guya rüşvət vermədiyi üçün indiyədək mənzillə təmin edilmədiyi barədə yalan və böhtan xarakterli məktublar ünvanlayaraq, bu metodla istəyinə nail olmağa cəhd göstərir. Xoşbəxt Qarayevin diqqətinə çatdırılıb ki, imtiyazlı şəxslərin, eləcə də gözdən əlil şəxslərin  yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində növbəyə götürülməsi, növbənin dəyişdirilməsi, ləğv olunması və s. məsələlər Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə əsasən, rayon (şəhər) icra hakimiyyətləri tərəfindən həyata keçirilir. Ona görə də o, qeyd olunan məsələ ilə bağlı müvafiq rayon icra hakimiyyətinə müraciət etməlidir”.Elman Babayev: “Lakin o, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, həmin mənzilə dair sənədləri hələ də götürməyib”

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın