Çərşənbə axşamı , Yanvar 26 2021
Ana səhifə / Media / Göygölü zibilləyən 15 nəfər cərimələnib

Göygölü zibilləyən 15 nəfər cərimələnib

Bir həftədir Göygöl Milli Parkı yerli camaat və turistlər üçün açıq elan olunub. Bir həftədir hər gün bura minlərlə insan gələrək gözəlliyi seyr edir, ruhunu dincəldir. Amma bura gələrkən bir şeyi unudurlar: təmizliyə riayət etməyi. Göygöl ətrafı meşələr, Göygölün suyu uzun illərdir bura gələnlərin ətrafa tökdükləri zibillərlə çirkləndirilib və uzun müddət bura insanlar üçün məhz bu səbəbdən qapalı saxlanılırdı.

Bir həftə öncə parka daxil olarkən bura çox təmiz idi, ətraf təmizlənmişdi, əvvəlki çirklilikdən əsər-əlamət yox idi. Amma indi yenidən bura gələnlər ətrafı çirkləndirir, əllərində olan zibilləri hər addımbaşı rast gəlinən zibil qutularına deyil, yerə atırlar.

Qafqazinfo” xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəliflik Departamentinin direktoru Vaqif Cavadov Modern.az-a bildirib ki, insanların şüuru hələ tam formalaşmayıb ki, istər Bakıda, istər rayonlarda, istərsə də Göygöl Milli Parkında, zibili yerə deyil, zibil qutularına tullasınlar:

“İnsanları bura buraxmamışdan qabaq bütün yol boyu, bütün piknik yerlərində, avtomobil dayanacağı, gəzinti yerlərində – hər yerdə zibil qabları quraşdırılıb. 100 zibil qutusu qoyulub, 10 minə yaxın zibil torbası alınıb. Birinci 2-3 gündə heç bir problem yox idi. İnsanlar əllərindəki zibili qutulara atırdılar. Sonradan daxil olanların sayında artım baş verdik, artıq hər cür adam daxil olurdu, zibilləri yerə atdırılar.

Qadınlar körpə uşaqları ilə gəlir, əynini dəyişdirir, uşaq bezini otluğun içinə atır. Kimsə özü ilə gətirdiyi su qablarını, torbada olan şeyləri yerə atır. Zibil qabı yerində boş qalır, amma tullantıları yerə atırlar. 40-a yaxın işçi ərazidə nəzarət qurub. Bunlar zibilləri yerdən götürüb zibil qutularına atırlar. Amma bunun da hamısını görə bilmək olmaz. 1000-2000 nəfərə yaxın adam girib çıxır. Bunların hamısına nəzarət etmək mümkün olmur”.

Qucağında qarpız, tortla, başqa yeməklərlə gələnlərin də olduğunu deyən Vaqif Cavadov qeyd edib ki, bütün bunlar ictimai şüurun, təfəkkür formasının çox aşağı olmasının nəticəsidir:

“Bütün yollarda məlumat lövhələri qoyulub. Amma çoxları təəssüf ki, bunu qəbul etmək istəmirlər, yaxud bilərəkdən edirlər, zibili yerə atırlar, qaydaları pozurlar. Bununla əlaqədar cərimələr tətbiq olunur. Bəzilərinə cərimə tətbiq olunanda, qınaq obyektinə çevirib zibili niyə tulladığını deyəndə əməkdaşlarımıza qarşı kobudluq edir. Aralarında içkili, özünü apara bilməyənlər də olur. Belə hallarda Post-Patrul Xidmətinin köməyindən istifadə edirik”.

Vaqif Cavadov indiyə qədər 15 nəfərin cərimələndiyini bildirib: “Bu cərimə ilə həll olunan deyil, ictimai nəzarət olmalıdır, insanlarda bir-birinə qarşı ictimai qınaq olmalıdır. Eyni zamanda istəyirik həftənin bir gününü profilaktik gün elan edək və ətrafı tam təmizləyək. Çünki orada adam olarkən tam təmizləmək mümkün deyil”.

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın