Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Göyçayın baş baytarı bazarda süd-qatıq qıtlığı yaradıb

Göyçayın baş baytarı bazarda süd-qatıq qıtlığı yaradıb

Ölkədə saxta süd-qatıq bazarının “at oynatdığı” bir vaxtda Göyçayın baş baytarı Ağadadaş Hacıyev rayon bazarına girib və təbii süd və süd məhsullarının satışını qadağa edib.

Buna görə də Göyçayda qatıq, şor qıtlığı yaranıb. Bu haqda özünün sosial şəbəkədəki profilində paylaşdığı statusda hüquq müdafiəçisi Taleh Xasməmmədov yazır.

Statusu təqdim edirik: “Göyçayın baş baytarı Ağadadaş Hacıyev rayondakı bazarlardan birinə girərək qatıq, süd, pendir, şor və s. məhsullarının satışına fantastik bəhanələrlə qadağalar qoyub. Belə ki, o, kəndlərdən satış məqsədi ilə gətirilən süd məhsullarına görə heyvanların sağlamlığı barədə arayış tələb edib. Yazıq camaat bəs necə qazansın, nə yesin, nə içsin?”
Məsələ ilə bağlı baş baytarın mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın