Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Göyçayda rəzalət: “İcra Hakimiyyətində bildirdi ki, Şəhidlər Xiyabanının yenilənməsi üçün…”

Göyçayda rəzalət: “İcra Hakimiyyətində bildirdi ki, Şəhidlər Xiyabanının yenilənməsi üçün…”

Tanınmış politoloq, Humanitar Tədqiqatlar Cəmiyyəti İB-nin rəhbəri Əvəz Həsənov Qarabağ şəhidi olan dayısının da uyuduğu Şəhidlər Kompleksinə qarşı Göygöl rayon İcra Hakimiyyətinin biganə mövqeyindən narahatdır:
“Dayım Tahir Səmədov 1994-cü il Fevral ayında Murov aşırımı üzərində gedən döyüşlərdə şəhid olub. Allahın izni ilə Göygöl rayonunda şəhidlər xiyabanında uyuyur. Gənəcəyə yolum düşdükcə qəbrini ziyarət edirəm, qonşu məzarlarda uyuyan şəhidlərimizlə bərabər ruhuna dua oxuyuram. Dayımın məzarı digər şəhidlərlə birgə bir kompleksin tərkib hissəsidir. Onların qəbirlərini kompleksin tərkib hissəsi etmək üçün asfalt döşənib. Bir neçə ay bundan əvvəl orda olarkən həmin asfaltın çatladığını və yağış yağanda suyun qəbir daşlarının arasından dolduğunu gördüm. Zaman keçdikcə su asfaltı şişirdir.
Bu barədə xiyabana məsul olan menecerə dedim. Bildirdim ki, qəbirin ətrafını təmir etmək üçün mənə yarım saat lazımdır və çox cüzi vəsaitlə bunu edə bilərəm. Amma, məzar kompleksin tərkib hissəsi olduğu üçün orada fərdi qaydada nələrisə etmək digər şəhidlərin ruhuna hörmətsizlik olardı. Orada uyuyanların hamısı mənim üçün dayımın məzar qardaşlarıdır. Qərara aldım ki, bu barədə Göygöl İcra Hakimiyyətinə bildirim. Məni qarşılayan, özünü təqdim etməyən gənc İcra Hakimiyyətində bildirdi ki, Şəhidlər Xiyabanının yenilənməsi üçün gərək “yüksək səviyyədə” razılıq olsun. 
Şəhidlər xiyabanının dağıntıdan qorunması üçün yüksək səviyyəli səlahiyyətli orqanının Göygöl rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Prezidentinin Aparatı olduğuna inanaraq, onlara müraciət edərək qısa müddətdə ölçü götürmələrini xahiş edirəm. Bir şəhidin məzarını təmir etmək mənim üçün çox asandır. Amma, onun məzarı kompleksin tərkib hissəsi olduğu üçün təmirə dövlət təşəbbüsü və razılığı lazımdır. Tək bir məzarın deyil, bütün kompleksin yenilənməsinə ehtiyac vardır. Moderator.az

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın