Cümə , Aprel 26 2024
Ana səhifə / Media / Göyçayda 64 yaşlı qadın özü də bilmədən banka borclu qalıb – VİDEO

Göyçayda 64 yaşlı qadın özü də bilmədən banka borclu qalıb – VİDEO

Göyçay rayon sakini 64 yaşlı Naibə Hüseynova acınacaqlı bir problemlə üzləşib.

Qonşuluğunda kirayədə yaşayan Ağdaş rayon sakini Əli Vəliyev Naibə Hüseynovanın adına ötən ilin aprel ayında bankdan 1600 manat kredit götürüb. Bu kreditdən cəmi 4 ayını ödəsə də, digər ayları ödəməkdən boyun qaçırıb.

Aylıq tələbatını pensiya ilə odəyən Naibə Hüseynova indi çarəsiz qalıb. Ayda 153 manat məvacibdən cəmi 50 manatını ala bilir. Qalan hissəsi isə kredit ödənişi üçün tutulur. Yaşlı qadın həmin adamdan pulunu ödəməsini istəyir. Lakin Əli Vəliyev ilə əlaqə qura bilmir.

Naibə Hüseynovanın sözlərinə görə, elə günlər olur ki, onun gündəlik tələbatını qonşuları qarşılayır. Hətta xəstə olduğundan müalicəsini belə etdirə bilmir. İndi 64 yaşlı Naibə Hüseynov Əli Vəliyevi  polisə şikayət edəcək.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın