Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Media / Görmə əngəlli Xətai tələbə adını qazanıb – BDU Jurnalistika

Görmə əngəlli Xətai tələbə adını qazanıb – BDU Jurnalistika

154 abituriyent arasında Jurnalistika ixtisasına imtahan verən görmə əngəlli Xətai Azayev arzusuna çatıb.

AzVision.az xəbər verir ki, Xətai Azayev Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub.

Bundan başqa Xətainin qardaşı Hüseyn Azayev də tələbə adını qazanıb. O, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə daxil olub.

Qeyd edək ki, Xətai Azayev bu il jurnalistika ixtisasına qabiliyyət imtahanı verən və məqbul qiymət alan 154 nəfərdən biridir. Görmə əngəlli Xətai durmadan çalışıb və istəyinə çatıb. 24 yaşlı bi gənc 3 il qəbul imtahanlarında uğurlu nəticə göstərə bilməyib. Bu il isə imtahanda 324 bal toplayıb.

Jurnalistikaya xüsusi marağı olan gənc indi məqsədinə çatsa da gələcəkdə jurnalistika sahəsində çalışmaq istəyir.

Xatırladaq ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2016/2017-ci tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.
Ali təhsil müəssisələrinin müsabiqəsində 38 118 abituriyent iştirak edib. Onlardan 34 224 nəfəri ali təhsil müəssisələrinə qəbul olunub. 12 309 nəfər dövlət sifarişi əsasında, 21 915 nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …

Bir cavab yazın