Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Goranboyun Xan Qərvənd kənd sakini həqiqəti ortaya qoydu

Goranboyun Xan Qərvənd kənd sakini həqiqəti ortaya qoydu

Bu da bir həqiqətdir ki, zaman-zaman ictimai həyatımızda mətbuatın rolu və əhəmiyyəti olduqca böyük olub. Buna səbəb olan bir çox amillər olub ki, həmin amillər içərisində KİV nümayəndələrinin cəmiyyət həyatında baş verən sosial-iqtisadi, siyasi əhəmiyyət kəsb edən hadisə və prosesləri işıqlandırmaları, yaşanan olaylarla bağlı ictimai fikrin formalaşmasına təsir də göstərmələridir. Amma son illər media aləmində baş verən bir çox proseslər, üstünlüyü çap mediasına deyil, məhz elektron mediaya verməkdədir. Belə bir səbəb üzündəndir ki, bu gün hər kəs hər sahədə baş verən, yaxud da verə biləcək hadisə və proseslər haqda lazımi məlumatları qısa zaman kəsiyində əldə bilir. Bu gün elektron media durmadan inkişaf edir və əldə olunan son nailiyyətlər bu sahəyə tətbiq olunduqca, hər kəsin informasiya təminatı da getdikcə yaxşılaşır. Belə bir halın varlığıdır ki, yerlərdən redaksiyamıza silsilə oxucu məktubları ünvanlanır və onları ictimailəşdirilməsi də xahiş olunur. Məsələn, bir neçə gün bundan əvvəl Goranboy rayonunun Xan Qərvənd kənd sakini Abbasov Müzəffər Camal oğlu redaksiyamıza ünvanladığı açıqlamasında qeyd edir ki, “mən adı çəkilən rayonun Yeniyol kənd sakini Təhməzov Əli Ələsgər oğlunun bəzi xəbər portallarında dərc etdirdiyi açıqlamaları oxuduqca, sanki dəhşətə gəldim.

Çünki, həmin açıqlamalar şər və böhtandan başqa bir şey deyil. Məhz, bunu ona görə belə bir tərzdə ifadə edirəm ki, bizim kənd Yeniyol kəndinə bitişik olduğundan, mən adı çəkilən kənd sakinlərinin tam əksəriyyətini yaxından tanıyıram. Əli Təhməzov Yeniyol kənd sakini olsa da, o, bir neçə il bundan əvvəl Xan Qərvənd kəndinə müvəqqəti icra nümayəndəsi təyin olunmuşdu. Bir dəfə mən ona evimin təqribən beş metrliyində olan artezian quyusunu işlətmək üçün, lazımi müqavilə sənədini təsdiq etdirmək məqsədilə xahiş etdim. O, ilk öncə sənədi təsdiq edəcəyinə vəd versə də, son anda məni aldatdı və Mamed adlı şəxslə müqavilə bağlayaraq, evimə yaxın ərazidə yerləşən artezianı ona verdi. Onun belə bir addım atmasının müəyyən səbəbləri oldu. Çünki, Əli Təhməzovun Mamed adlı şəxslə qan qohumluğu da var. (Müəllif bu qohumluğun nədən ibarət olduğunu da yazır. Bu məsələ zəruri araşdırma tələb etdiyi üçün, həmin məqamı ictimailəşdirməyi lazım bilmədik- red)
Hələ, bu azmış kimi onlar artezian quyusunu işə salmaq adı ilə bir neçə dəfə bizim həyətə girdilər və müəyyən yollarla iribuynuzlu heyvanlarımızı da oğurladılar.
Əlavə olaraq onu da qeyd edim ki, mən Əli Təhməzov barədə cənab İlham Əliyevə bir neçə dəfə şikayət ərizələri yazmışdım və onun daşıdığı vəzifəsindən azad olunmasını da xahiş etmişdim. Mən ölkə rəhbərimizə minnətdaram ki, gec də olsa haqq öz yerini tapdı”.
Müzəffər Baxışov öz müraciətində bildirir ki, Əli Təhməzovun KİV-lərdə yazdıqları reallığı əks etdirmir: “Onun davası vəzifə istəyilə bağlıdır. Biz hesab edirik ki, cəmiyyətdə yaxşı reputasiyaya malik olmayan biri hec vaxt bizə rəhbər təyin edilə bilməz”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın