Ana səhifə / Media / “Goranboylular Ramil Usubovun məsələyə müdaxilə edəcəyini gözləyir” – ŞİKAYƏT

“Goranboylular Ramil Usubovun məsələyə müdaxilə edəcəyini gözləyir” – ŞİKAYƏT

Goranboydan sayta daxili işlər naziri Ramil Usubova ünvanlanmış məktub daxil olub. Məktub müəllifi hörmətli nazirdən baş vermiş olayı şəxsi nəzarətinə götürməsini xahiş edir:

“İki gün öncə saat 23:00-24:00 radələrində Goranboy rayonu Qarqucaq kənd ərazisində baş verən qəza zamanı 3 nəfər həlak olub, bir nəfərsə ağır xəsarət alaraq Goranboy rayon xəstəxanasına gətirilmişdir. Rəhmətə gedənlər Abbasqulular kənd sakinləri Musayev Elsəvər Yusif oğlu (1986), Kazımov Rəşad Müslüm oğlu (1991).
Qəzaya səbəb “Niva”markalı maşının sürət həddini keçməsi olmuşdur.

“Niva” markalı maşın Goranboy rayon polis şöbəsi cinayət-axtarış bölməsinin əməliyyatçısı vəzifəsində işləyən baş leytenant Əliyev Nahid Əlyəddin oğluna məxsusdur.

Əliyev Nahid Əlyəddin oğlu və mərhum Əliyev Fuad ilə şərikli biznesləri olub, belə ki, BUTA (qəlyan çay evi), POSU (uşaq mağazası), HUNDAY (ehtiyat hissələri mağazasını) birlikdə işlədiblər. Bu avtomobil qəzasından sonra Fuad Əliyevin həyatda olmamasından istifadə edərək “cənab leytenant” bütün məsuliyyəti öz üzərindən atmağa çalışır.
Belə ki, mərhumla şərikliyini danaraq hətta “Niva” markalı maşının da özünə məxsus olmadığını iddia edir.
Fikirləşir ki, bu yalançı cəhdlərlə məsuliyyətlərin yaxasını qurtaracaq.

Hazırda Goranboy RPŞ-nin vəzifəli şəxsləri də öz “paqon” yoldaşlarını müdafiə edirlər. Ancaq nə vaxta qədər…?
Təbii ki, goranboylular ümid edir ki, daxili işlər naziri, çox hörmətli Ramil Usubov bu məsələyə reaksiya verəcək və bu iş həqiqi həllini tapacaqdır”. (Moderator.az)

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın