Ana səhifə / Media / Gömrükdə əməliyyat keçirilib

Gömrükdə əməliyyat keçirilib

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları mobil telefonlar üçün nəzərdə tutulan külli miqdarda yaddaş kartının gömrük sərhədindən gömrük nəzarətindən gizlədilməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən verilən məlumata görə, Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Bakı Karqo Terminalına, Azərbaycan vətəndaşının adına gömrük bəyannaməsində göstərildiyi kimi, mobil telefon aksessuarları – LCD ekranlar və telefon üzlükləri daxil olub. Lakin mallara rentgen aparatı ilə baxış keçirilərkən monitorda bəyannamədə göstərilməyən malların təsviri görünüb və bununla bağlı təkrar gömrük yoxlaması aparılıb.

Yoxlama zamanı, LCD ekran qutularına qablaşdırılan, gömrük bəyannaməsində və mal-müşayiət sənədlərində göstərilməyən cəmi 6 930 ədəd yaddaş kartı aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …

Bir cavab yazın