Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Media / Girdimançayın suyunun rənginin dəyişmə səbəbləri bəlli oldu – VİDEO

Girdimançayın suyunun rənginin dəyişmə səbəbləri bəlli oldu – VİDEO

İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayın suyunun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.
Kanal S (Region TV) xəbər verir ki, monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb və kompleks analiz üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib.
Mütəxəssislərin rəyinə görə, yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb. Bu isə suyun yaşıl rəngə boyanmasına səbəb olub. Əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq. Qeyd edək ki, bu ayın əvvəllərindən İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdimançayın suyunun rəngi və dadı dəyişib.
Bu, yerli əhalidə narahatlıq yaradıb.

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …

Bir cavab yazın