İsmayıllı və Ağsu rayonlarının əsas su mənbəyi olan Girdimançayın suyunun keyfiyyətinin pisləşməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.
Kanal S (Region TV) xəbər verir ki, monitorinqlər zamanı çay boyu müxtəlif nöqtələrdən su nümunələri götürülüb və kompleks analiz üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib.
Mütəxəssislərin rəyinə görə, yağıntıların olmaması, su sərfinin azalması, temperaturun artması çay suyunda yosunların və fitoplanktonların sürətlə artmasına əlverişli şərait yaradıb. Bu isə suyun yaşıl rəngə boyanmasına səbəb olub. Əksər çaylarda baş verən bu müvəqqəti problem temperaturun aşağı düşməsi və yağıntıların başlaması ilə aradan qalxacaq. Qeyd edək ki, bu ayın əvvəllərindən İsmayıllı və Ağsu rayonlarında əhalinin içməli və suvarma suyu kimi istifadə etdiyi Girdimançayın suyunun rəngi və dadı dəyişib.
Bu, yerli əhalidə narahatlıq yaradıb.