Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Galxy şirkətinin üç əməkdaşı dəm qazından zəhərləndi – SALYANDA

Galxy şirkətinin üç əməkdaşı dəm qazından zəhərləndi – SALYANDA

Məişət əşyaları satan Galxy şirkətinin regional nümayəndəliyinin Salyan şəhərində yaşayan üç əməkdaşı dəm qazından zəhərlənib.

Əzizbəyov küçəsində kirayədə qalan Cəncə şəhər sakini, 1987-ci ildə anadan olmuş Bağırzadə Elnur Ramiz oğlu, 1984-cü il təvəllüdlü Şirvan şəhər sakini Gülər Əliyeva və 1991-ci il təvəllüdlü Vəfa Musayeva ötən gün səhər saatlarında dəm qazından zəhərlənmə diaqnozu ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Hüşsuz vəziyyətdə xəstəxanaya daxil olmuş şəxslər dərhal reanimasiya şöbəsinə yerləşdiriliblər.

Xəstəxanadan verilən məlumata görə, hər üç şəxs tibbi yardım göstərildikdən sonra vəziyyətləri qənaətbaəxş olduğundan evə buraxılıb.

Hadisənin İran istehaslı olan sobanın düzgün alışmamasından baş verdiyi ehtimal olunur. Belə ki, iki mərtəbəli evin birinci mərtəbəsində qalan şirkət əməkdaşlarından biri səhər iş yoldaşlarının yuxudan ayılmamasını görərək 2-ci mərtəbəyə qalxıb və onları huşsuz vəziyyətdə aşkar edib, otaqlardan isə qaz iyi gəlirmiş.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb. (Virtualaz.org)

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın