Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Media / Gənc alimlərə bu il yeni mənzillər veriləcək

Gənc alimlərə bu il yeni mənzillər veriləcək

Bu il bir qrup gənc alim mənzillə təmin olunacaq.

Bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə bildirib.

A.Əlizadə deyib ki, AMEA gənc alimlərin mənzillə təminatı istiqamətində fəaliyyətini davam etdirir:

“Təəssüf ki, inşaat firmalarımız işləri bir qədər ləngidir. Söhbət AMEA yataqxanasının ərazisində tikilən yeni binalardan gedir. Gənc alimlərimiz çox səbrlə bu yeni mənzilləri gözləyirlər. Gənc alimlərə bu ümidi vermişik və buna nail olacağıq. İnşallah, bu ilin sonlarında bu yeni binalarda 60-a qədər gənc alimimiz yeni mənzillərlə təmin olunacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın