Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Gənclər şəhərciyində ağac kəsdilər – 4 min cərimə

Gənclər şəhərciyində ağac kəsdilər – 4 min cərimə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Abşeron rayonu Mehdiabad qəsəbəsi, Gənclər şəhərciyi ərazisində yaşıllığın məhv edilməsi ilə bağlı daxil olan şikayət nazirliyin yerli qurumunun əməkdaşları tərəfindən yerində araşdırılıb.

Nazirlikdən “Qafqazinfo”ya daxil olan məlumata görə, əraziyə keçirilən baxış zamanı Gənclər şəhərciyindəki yaşayış binasının qarşısındakı torpaq sahəsinin tikinti məqsədi ilə hasara alındığı, yaş köküstə 4 ədəd söyüd ağacının kökündən çıxarıldığı və 2 ədəd söyüd ağacının zədələndiyi məlum olub.

Araşdırma zamanı sözügedən ərazinin “Binagadi Oil Company” Şirkəti tərəfindən hasara alındığı aşkar edilib.

Faktla bağlı işin icrasına cavabdeh olan “Binagadi Oil Company” Şirkətinin nümayəndəsi Rauf Bayramov barəsində protokol tərtib olunub. Qanun pozucusu inzibati qaydada 4000 manat məbləğində cərimə edilib və təbiətə dəymiş ziyana görə 480 manat məbləğində ziyan tətbiq olunub. Yol verilmiş qanun pozuntusunun aradan qaldırılması üçün “Binagadi Oil Company” Şirkətinə icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Eyni zamanda tikintinin dayandırılması üçün Abşeron rayon Polis İdarəsinə və “Binagadi Oil Company” Şirkətinə müraciət olunub.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın