Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Gəncədə su problemi: Sakinlər su tələb edir, rəsmilər isə pul

Gəncədə su problemi: Sakinlər su tələb edir, rəsmilər isə pul

Havaların isti keçdiyi bir ərəfədə Gəncənin Gülüstan qəsəbəsində Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin yaşadığı binanın sakinləri su sarıdan əziyyət çəkirlər.

Bu barədə DİA.AZ-a Gəncədən verilən xəbərdə deyilir. Xəbərdə deyilir ki, Gülüstan qəsəbəsi, bina 47 b-də yaşayan 30 ailənin problemi suyun verilməməsində deyil. Sakinlər günaşırı verilən suyun mənzillərə çatmamasını təzyiqin aşağı olmasında görürlər. Belə olan halda isə sakinlər gündəlik istifadə etdikləri suyu ətraf binalardan daşımalı olurlar.

Dia.az-a daxil olan xəbərdə deyilir: “Dəfələrlə müvafiq dövlət qurumlarına, hətta icra başçısına da şikayətlərini ünvanlasalar da, onları eşidən yoxdur. Sanki isti yay günlərində onların qəsdinə durublar”.

Onu da bildirək ki, dünən bu məsələ KİV-lərdə işıqlandırılıb, amma yenə də sakinlərin provlemi həll olunmamış qalır. Bunu da dia.az-a Gəncədəın bu dəqiqələrdə xəbər veriblər. Məsələdən agah olan Gəncə Sukanal Törəmə Səhmdar Cəmiyyətindən isə deyirlər ki, problem yay mövsümündə suya olan tələbatın artmasından yaranıb.

Qrafikə uyğun olaraq binaya su verildiyini bildirən cəmiyyətin baş mühəndisi Məhəmməd Hüseynov sakinləri istifadə etdikləri suyun pulunu ödəməyə də çağırıb: “Bina qurulandan bu günə qədər həmin sakinlər su və kanalizasiya sisteminə bir manat ödəniş etmirlər. Buna baxmayaraq, biz yenə də həmin əraziyə xidmət edirik və əhalini su ilə təmin edirik. Bilirsiniz ki, yay fəsilidir, Gəncə şəhəri isə subartezian quyuları vasitəsilə su ilə təmin olunur. Yayın isti keçməsi ilə əlaqədar olaraq suyun həcmi azalır. Lakin həmin ərazidə olan, fəaliyyət göstərən quyularda profilaktik tədbir apararaq həmin binaya normal suyun verilməsini təmin edəcəyik”.

Qeyd edək ki, Azərbaycan hökuməti və Almaniya İnkişaf Bankının birgə maliyyələşdirdiyi proqram çərçivəsində Gəncənin su və kanalizasiya sistemləri yenidən qurulur. İşlərin 50 faizdən çoxu başa çatdırıldığı layihə tam reallaşdırıldığı təqdirdə abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin olunacaq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın