Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / Gəncədə layihə-smeta və ərzaq korrupsiyası: 1,3 MİLYON MANAT MÜƏMMASI

Gəncədə layihə-smeta və ərzaq korrupsiyası: 1,3 MİLYON MANAT MÜƏMMASI

İcra Hakimiyyəti milyonlarla vəsaiti silmək üçün «orjinal» üsullardan istifadə ediblər

Ölkənin ikinci paytaxtı hesab olunan Gəncədə dövlət büdcəsinin talan edilməsinin yeni yolları tapılıb. Məlum olub ki, şəhər İcra Hakimiyyəti bəzi işlər üzrə məbləğləri o qədər şişirdib ki, heç özünün də xəbəri olmayıb.

Layihə-smeta «biznesi»

Politika.Az xəbər verir ki, Gəncə İcra Hakimiyyətinin əsl biznesindən biri layihə-smeta işləri ilə bağlıdır. İcra Hakimiyyəti bu işlərə o qədər vəsait ayırıb ki, kənardan baxıldığında ortada korrupsiyanın olduğu açıq şəkildə görünür.
1,3 MİLYON MANAT MÜƏMMASI
(Küçə süpürən ali təhsilli gəncəlilər)

Məsələn, Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsinin şimal qərbində 249 mənzilli yaşayış binasının tikintisi üzrə layihə-smeta sənədlərinin hazırlanması 150000 manata başa gəlib ki, buna kimsə inanmaz. Belə çıxır ki, layihə-smeta xərcləri onun içininin təmirindən bahaya başa gəlir.
1,3 MİLYON MANAT MÜƏMMASI
Və ya 31 saylı uşaq bağçasının təmiri üçün layihə-smeta sənədlərinin hazırlanmasına 18000 manat ayrılıb ki, bu da real görünmür. Eyni məbləğ 1 saylı, 36 saylı və 44 saylı uşaq bağçaları üçün də keçərli olub. Amma Gəncə İcra Hakimiyyəti prosesi orta məktəblər üçün də keçərli edib. Belə ki, 44, 41 və 14 saylı orta məktəblərinin layihə-smetalarını hazırlamaq üçün də hər birinə 22 min manat pul sərf edib ki, toplam olaraq bu işlərə 226 min manat sərf olunduğu sənədləşdirilib. İş burasındadır ki, Gəncə məmurları 2 saylı peşə məktəbinin tikintisinin layihəsinin hazırlanmasına isə 60 min manat sərf ediblər. İndi mütəxəssislər də oturub düşünürlər ki, 280 yerli orta məktəblə 280 yerlik peşə məktəbinin binalarının layihə-smeta xərclərində bu qədər fərq necə yaranıb?

Abadlıq «əməliyyatları»

Gəncə İcra Hakimiyyətinin bir işi də abadlıq məsələlərindən böyük qazanc əldə etməkdən ibarət olub. Politika.Az-ın araşdırmalarına görə, sözügedən qurum əsaslı təmir işlərinə 52022 manat, abadlaşdırma xidmətlərinin satın alınmasına isə 146479,25 manat pul xərcləyib. Cari təmir işlərinə səfr olunmuş pullar isə iki dəfə ayrılıb və 33377 manatın ardından, daha 26809 manat pulun silinməsi prosesi reallaşdırılıb.
1,3 MİLYON MANAT MÜƏMMASI
Şəhər meriyası işlərini möhkəm tutaraq, mənzil fondunun təmir işlərinin satın alınmasına 400080 manat, abadlaşdırma işlərinin satın alınmasına 1478900,66 manat, şəhərin küçə, prospekt və yollarının əsaslı təmiri işlərinin satın alınmasına isə 2519511,76 manat ayrılmış pullarını «idarə edib». Həmin pulun bankdakı hesablarda və ya şəxsi ciblərdə olduğu daha inandırıcı görünür.

Mebel alveri

Sözün həqiqi mənasında Gəncə İcra Hakimiyyəti mebel alveri ilə məşğul olan dövlət qurumu kimi diqqəti çəkir. Çünki dövlət qurumunun bu işlərə sərf etdiyi vəsaitlərə diqqət yetirdikdə başqa şey düşünmək imkanı olmur. Diqqət edin, sözügedən qurum bərk inventarların alınmasına 62658 manat, yumuşaq inventarların alınmasına 53260 manat xərclədikdən sonra, Park-Xiyaban İstismar və Mühafizə İdarəsi üçün yumuşaq inventarların alınmasına da əlavə olaraq 18526 manat ayırıb.

«Digər xərclər»in digərliyi

Gəncədə «digər xərclər»in bir ayrı özəlliyi var. Politika.Az xəbər verir ki, Gəncə meriyası digər maşın avadanlıqların satın alınmasına 55610 manat ayırdığı halda, dəftərxana ləvazimatları üçün bu rəqəmi 40 min manat edib. İdarənin sair xərcləri isə 31269 manata çatdırılıb. İsrafçılıqla məşğul olan dövlət qurumu bununla da kifayətlənməyib, digər alış və xidmətlərin satın alınmasına 11461 manat, avadanlıqların satın alınmasına 15784 manat, yenə digər maşın və avadanlıqların satın alınmasına 26026 manat, habelə idarənin xərclərinə 11099 manat xərcləyib.

1 milyonluq ərzaq?

Gəncə Şəhər İcra Hakimiyyətinin ən böyük «əməliyyat»ı isə ərzaq mallarının alınması ilə bağlıdır. İşin ən qəribə tərəfi bu məhsulların alınmasına 1,04 milyon manat pul xərclənib. «CF» MMC-nin əliylə alınan bu məhsulların nəyə sərf olunduğu, kimə verildiyi də məlum deyil. Çünki 1 milyon manatlıq ərzaq təqribən 20-30
1,3 MİLYON MANAT MÜƏMMASI
(Əhali Elmar Vəliyevə qarşı)

yük maşını dolu məhsul deməkdir. Bu qədər ərzağın alındığı kifayət qədər şübhəlidir. Ən azından, Gəncədə bu qədər ərzağın veriləcəyi adamlar yoxdur. Varsa belə, bu artıq Gəncə İcra Hakimiyyətinin indiyə qədər yalanını üzə çıxması deməkdir.

Qarşı tərəfi də dinləməyə hazırıq. (politika.az)

Həmçinin oxuyun

“Xəzər TV” niyə məhkəməyə verilib?

“Xəzər TV” məhkəməyə verilib. Pravda.az-ın xəbərinə görə, televiziya ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti “Reji” …

Bir cavab yazın