Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Media / Füzuli rayonunda şəhid abidəsinin önündə mal tövləsi – Videoreportaj+Foto

Füzuli rayonunda şəhid abidəsinin önündə mal tövləsi – Videoreportaj+Foto

“BakuPress” in əməkdaşları bir neçə gün əvvəl Füzuli rayonunda səfərdə olublar.Füzulidə olarkən rayon icra hakimiyyətinin qarşısında bir neçə vətəndaşların icra başçısına qarşı narazılıq və etirazlarının şahidi olduq.Vətəndaşlar bizim mətbuatdan olduğumuzu görüb,bizə dərdlərini şikayətlərini bildirdilər.Vətəndaş qeyd etdi ki,gəlin Böyük Bəhmənli kəndinə Şəhidlər üçün qoyulmuş abidənin qarşısında mal tövləsi,kənd bələdiyyə sədri Elşən hər tərəfi zəbt edib oranı  mal fermasına çevirib.Alı Qocayevə dəfələrlə desəkdə nəticə yoxdur. Qeyd edək ki,Füzuli rayonu Böyük Bəhmənli kəndində yerləşən və 1-ci Qarabağ savaşında canlarından keçən şəhidlərimizin xatirəsinə ucaldılan abidənin ərazisi bələdiyyə sədri tərəfindən zəbt olunub.. Zəbt olunmuş ərazi isə bələdiyyə sədri tərəfindən mal tövləsi kimi işlənir.

Bizdə getdik gördük gördüklərimizdən dəhşətə gəldik,heyvanlar şəhid abidəsinin qarşısını dağıtmış,ətraf zibilin içində…Kənd bələdiyyə sədri qaçaraq özünü bizə yetirdi,o özünü heç bilmədi necə təmizə çıxartsın gah günahı icra nümayəndəliyinə,gahda icra hakimiyyətinə yönəltdi.Əməkdaşımız Elşən müəllimə sual verdikdə ki,abidə necənci ildə qoyulub bilmədi.Gərək abidəyə baxsan ki,tarixini biləsəndə…Qeyd edək ki, vətən torpaqlarının işğaldan azad olunması naminə canını verən şəhidlərin adına ucaldılmış abidənin ətrafı sınmış və zibilxanaya çevrilmişdir.Hələ üstəlik qarşısında mal tövləsi.Qeyd edək ki,bələdiyyə sədri Elşən müəllimin Bəhmənli kəndində iki yanacaqdoldurma məntəqəsi,kafe restoranı, plastik qapı pəncərə sexi ,hektarlarla zəbt etdiyi torpaqlar…

 

Bu fotoya diqqətlə baxın Elşən müəllim özünün restoranın həyətini necə təmizləyir amma şəhidin abidəsi önündə mal otarır…Buna nə ad verək?

Sakinlər qeyd etdi ki,Elşən müəllimin həddi buluğa çatmış 4 oğlu yarasız kimi hərbi bilet alıb,əsgərlikdə olmayıb.Sağlam uşaqlardır hamımız bir kəndik tanıyırıq necə oldu onlar yararsız oldular? Şəhid abidəsinə qarşı bu çür hörmətsizlik özüdə cəbhə bölgəsi olan Füzuli rayonunda bunu heç cürə bağışlamaq olmaz.Şəhidlərimizin dağılmış və heyvan əlindən tapdanmış ərazinin bərpa olunması üçün elə də böyük vəsait gərəkmir. Əgər həqiqəti söyləmək gərəkirsə, dağılan abidəni bərpa etmək və şəhidlərimizin adına verilmiş parkı abadlaşdırmaq üçün gərəkən vəsait Füzuli rayon İcra Başçısı Alı Qocayevin bir xarici səfərə sərf etdiyi vəsaitdən azdır. Füzuli rayonu Böyük Bəhmənli kəndində Şəhidlərin adına verilmiş həmin xatirə abidəsini gördükdə insan özünü təhqir olunmuş hesab edir… Çox ağrılı və acılıdır… Bu gün Füzuli rayonunda ölkənin müstəqilliyini, dövlətçiliyini qoruyan, bu yolda canından keçən Azərbaycan əsgəri məgər bir hörmətə layiq deyildimi?
Axı o əsgərlər orada canlarından keçdilər ki, Füzulidə, ölkənin digər rayonlarında yaşayan qardaşlarına, bacılarına düşmən toxunmasın… Onlar, İslam dinində ən yüksək zirvəyə – şəhidlik zirvəsinə ucaldı… Bu təkcə həmin əsgərlərə deyil, dövlətə, millətə qarşı təhqirdir, gənclərdə ruh düşkünlüyü yaradacaq bir hadisədir – gənc əsgərin yaxınları nə düşünəcək?
Amma belə görünür ki, Füzuli rayonu İcra Hakimiyətində çalışanlar, eləcədə icra numayəndəliydə istərsədə Bələdiyyəsində çalışanlar üçün bu dünyada müqəddəs olan tək bir şey var – o da puldur… Əgər onlar pul düşünməsəydilər,şəhid abidəsi unudub oranı heyvanların tapdağı altında zibilxanaya çevirməzdilər.Ümumiyyətlə Böyük Bəhmənli kəndi zibil içində batır.Bu fotoyada diqqətlə baxın kəndin içindən axan çaydır ətrafı isə Balaxanı zibilliyinə oxşayır.

Üfunətdən,iydən dayanmaq mümkün deyildi dayanmaq.

Çəkiliş apararkən ətrafa nəzər yetirirdim və bu zaman ərazidə bir hadisə mənim diqqətimi çəkərək məndə narahatçılıq yaratdı. Görəsən niyə bu kənd zibilxanaya çevrilir.

Şəhid abidəsinə bu qədər hörmətsizlik edirlər. Füzuli rayonu icra başçısı,Böyük Bəhmənli kəndinin İcra Numayəndə sədri şəhidlərimizin adına salınmış abidənin ərazisində qeyri qanuni yolla obyekt tikən bələdiyyə sədri Elşənə himayə etməsinin nəticəsidir ki, Qarabağda Vətən uğrunda şəhid olan mərd oğullarımızın ruhuna hörmətsizlik etməkdən çəkinmirlər” deyə sakinlər vurğulayıblar. Xalqımızın qan yaddaşına silinməz faciələr yazmış Qarabağ savaşı eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir. Prezident İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün lazımi şərait yaradılıb. Amma prezidentimizin göstərdiyi qayğını prezidentin səlahiyyətli nümayəndəsi hesab olunan Füzuli rayon icra başçısı Alı Qocayev tam əksinə edir.Qeyd etmək istəyirəm ki, Azərbaycandakı vəziyyəti bilirlər və vəzifəyə təyin edildikdə ən azı 5-6 il işləyəcəklərinə əmindirlər. Ona görə də, vəzifədən sui-istifadə edib talançılıqla məşğul olurlar. Azərbaycan kiçik ölkədir. Bunu subut etmək elə də çətin deyil. Məsələn, hər hansı nazirin, icra hakimiyyəti başçısının sürdüyü həyat tərzi ilə bunu müəyyən etmək olar. Əksər məmurlar üçün fərqi yoxdur, hansısa kənddə insanların qaz, su, işıq, yol, yanacaq və.s problemi var. Bu da onlar üçün əhəmiyyət kəsb etmir. Əslində Azərbaycanda “VƏTƏNDAŞLARIN MÜRACİƏTLƏRİNƏ BAXILMASI QAYDASI HAQQINDA”10 iyun 1997-ci il tarixli qanun var. Sosial şəbəkələrdə də əksəriyyət ölkədəki məmur özbaşınalığının Azərbaycanın böyük problemlərindən biri olduğunu yazırlar: “Dəfələrlə bunun şahidi olmuşuq ki, məmurlar vətəndaşların problemlərinə laqeyd yanaşırlar.Qazı,işığı,suyun problemini bildik .Bəs şəhidin abidəsinə qarşı bu hörmətsizliyə nə ad verək?Ətraflı olaraq VİDEO MATERİALDAN izləyə bilərsiniz…

 

P.S Onlar bizim əmin-amanlıqda yaşamağımız üçün döyüşüblər “Alı Qocayevin” yaxud “Elşən müəllim” öz biznesini uğurla başa çatdırması üçün döyüşməyiblər,şəhidlər düşmən qarşısından geri çəkilmədilər, öz qanları ilə doğulduqları torpağı suladılar…Müharibə şəraitində yaşayan Vətənimizin keşiyində ayıq-sayıq durmaq və onu göz bəbəyi kimi qorumaq gənclərimizin qarşısında duran çox məsul və şərəfli bir vəzifədir. “Vətəni qorumaq bizim üçün ən böyük şərəfdir”. Şəhidlərin abidəsinə etinasızlıq bağışlanılmazdır.Hətta şikayət edən vətəndaşlara rayon polis idarəsi ,bələdiyyə və icra hakimiyyəti tərəfindən təzyiqlər olur.

Məqalədə adı çəkilən şəxslərin də qarşı tərəf kimi münasibətini dinləməyə hazırıq.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın