Fövqaladə Hallar Nazirliyi Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Virtualaz.org nazirliyin saytında yerləşdirilən müraciəti təqdim edir:
“Hər birimiz üçün sevimli olan Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Odur ki, bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
– evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
– işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
– ağac tezalışan oyuncaqla bəzədilməməli; – qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bundan başqa, bayram şənliyində bunlar nəzərə alınmalıdır:
– şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli; – şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
– pəncərədə dəmir barmaqlıq olmamalı;
– məkanın iki çıxışı olmalı;
– ehtiyat qapı üzərində “Çıxış” sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
– otağın qapıları mütləq bayıra açılmalı;
– məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
– şənlikdə işıq tam söndürülməməli;
– şənliyə tezalışan materialdan paltar geyinilməməli;
– məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin!”