Ana səhifə / Media / Fövqəladə hadisələrdə 42 nəfər ölüb, 185 nəfər yaralanıb – Statistika

Fövqəladə hadisələrdə 42 nəfər ölüb, 185 nəfər yaralanıb – Statistika

Bu ilin birinci yarısında Azərbaycanda baş verən fövqəladə hadisələrin statistikası açıqlanıb.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən (FHN) verilən məlumata görə, 2016-cı ilin I respublika ərazisində 33 partlayış hadisəsi baş verib. Buda 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 11% azdır. Partlayışlar zamanı 2 nəfər həlak olub, 33 nəfər xəsarət alıb.

Baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 5011 çıxış edilib. Yanğın hadisələri zamanı 18 nəfər ölüb, 57 nəfər xəsarət alıb. Buda ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 25 nəfər və ya 58%, xəsarət alanlar üzrə 48 nəfər və ya 46% azdır.

Bu ilin birinci yarısında respublika ərazisində 5117 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 486 hadisə və ya 9% azdır. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 22 nəfər ölüb, 95 nəfər xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 34 nəfər xilas edilib, 451 nəfər təxliyə olunub.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın