Ana səhifə / Media / Fizulidə etirazçıların tələbi yerinə yetirildi: un ucuzlaşdı

Fizulidə etirazçıların tələbi yerinə yetirildi: un ucuzlaşdı

Fizuli rayonunda etiraz aksiyası keçirən kənd sakinlərinin tələbləri yerinə yetirilib.

Bunu virtualaz.org saytına açıqlamasında Fizuli Rayon İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Bayram Niftəliyev deyib.

B.Niftəliyevin sözlərinə görə, kənd sakinləri bahalaşmaya, xüsusilə də unun qiymətinin artmasına etiraz ediblər: “Bir neçə gündür ki, 50 kiloqramlıq un kisəsinin qiyməti 30-35 manatadək artmışdı. Etiraz aksiyasından sonra danışıqlar aparıldı, topdansatış mərkəzləri unun qiymətini tənzimlədi. Hazırda rayondakı topdansatış mərkəzlərində 50 kiloqramlıq unun qiyməti 24-25 manatdır. Digər ərzaq məhsullarının da bahalaşmasının qarşısı alınır”.

B.Niftəliyev hazırda rayonun Bala Bəhmənli kəndində etiraz aksiyası keçirilməsi ilə bağlı məlumatları təkzib etdi: “Bahalaşmaya qarşı aksiyadan sonra kənd sakinləri ilə də danışıqlar aparılıb. Bundan sonra aksiya dayandırıldı”.

Qeyd edək ki, bəzi saytlarda bu dəqiqələrdə Fizuli rayonunun Dörd yol ərazisində etiraz aksiyası keçirildiyi bildirilib. Məlumatlarda qeyd edilir ki, bahalaşmaya etiraz edən yerli sakinlər magistral yolu və buradakı bazarın girişini bağlayıblar.

Həmçinin oxuyun

Jurnalistin həyat yoldaşı prokurorluqdan şikayətçidir

“Xeberman.com” saytının həbsdə olan rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova prokurorluqdan şikayətçidir. Onun sözlərinə …

Bir cavab yazın