Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Media / Fikrət Fərəməzoğlu: ”Prezident İlham Əliyevə məni bağışladığı üçün təşəkkür edirəm”

Fikrət Fərəməzoğlu: ”Prezident İlham Əliyevə məni bağışladığı üçün təşəkkür edirəm”

“Azadlığa çıxdığım üçün çox sevinirəm”.

ONA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan jurnalist Fikrət Fərəməzoğlu bildirib.

F. Fərəməzoğlu deyib ki, cəzaçəkmə müəssisəsində keçirdiyi günlər ona çox şey öyrədib. Onun sözlərinə görə, müəssisədə saxlandığı müddətdə ona qarşı münasibət normal olub: “Müəssisədə şərait də yaxşı idi. Prezident İlham Əliyevə əfv sərəncamı imzaladığı və məni bağışladığı üçün təşəkkür edirəm. İnanıram ki, bundan sonra cinayət və cinayətkarlar azalacaq”.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …