Bazar , Fevral 25 2024
Ana səhifə / Media / Fikrət Hüseynli Ukraynada saxlanılıb?

Fikrət Hüseynli Ukraynada saxlanılıb?

Hollandiyada mühacir həyatı yaşayan “Azadlıq” qəzetinin əməkdaşı Fikrət Hüseynli Ukraynada  saxlanılıb. Virtualaz.org xəbər verir ki, bu haqda sosial şəbəkələrdə  məlumatlar yayılıb. Bildirilir ki, F.Hüseynli saxlanılarkən vaxtilə AXCP-yə bağlı “Yeni Fikir” gənclər təşkilatının üzvü olmuş və sonradan ABŞ vətəndaşlığı almış qalmaqallı persona Səid Nuri də onun yanında olub. Lakin Fikrət Hüseynlinin Mərkəzi Kəşfiyyat İdarəsinin agenti kimi tanınan Səid Nuri ilə Kiyevdə nə işlə məşğul olduğu məlum deyil.

F.Hüseynlinin hazırda Kiyevdə təcridxanaya aparıldığı bildirilir. S.Nuri sosial şəbəkələrdə F.Hüseynlinin Ukrayna sərhəd xidməti tərəfindən saxlanıldığını təsdiqləyib:”Məndə olan məlumata görə, onu Əfqan Muxtarlının cinayət işi üzrə saxlayıblar”.

“Son üç gün idi ki, Kievdə izlənirdik.  Borispol aeroportunun sərhəd xidmətində özünü İqor kimi təqdim edən rəis müavini  bildirdi ki, onlara siyasi qalmaqal lazım deyil, mənim Ukraynada qalmağıma ehtiyac yoxdur, Fikrət isə araşdırma aparılana qədər aeroportda saxlanılacaq”- Said  Nuri sosial şəbəkədə yazıb.

İnterpol-un axtarışda olan şəxslər siyahısında Fikrət Hüseynlinin adı yoxdur. Bu səbəbdən onun saxlanılması Azərbaycan hüquq-mühafizə orqanlarının İnterpol-a sorğusu əsasında baş verə bilməzdi. Sosial şəbəkələrdə Fikrət Hüseynlinin tərəfdaşları yazırlar ki, onu Azərbaycan hüquq-mühafizə orqanlarının Ukrayna tərəfinə verdiyi sorğu əsasında saxlayıblar.

Qeyd edək ki, Fikrət Hüseynli Avropada azərbaycanlı mühacirlərə “sənəd düzəltmək” işi ilə məşğuldur və bu sahədə öz biznesini qurub. Bir vaxtlar onun özü də AXCP-ni mühacirət etmək istəyənlərə saxta sənədlər verməkdə ittiham etmişdi.Virtualaz.org

Həmçinin oxuyun

Jurnalist Nərgiz Absalamovanın həbs müddəti daha 3 ay artırıldı

“AbzasMedia” ilə bağlı cinayət işi üzrə həbsdə olan jurnalistlərdən biri – Nərgiz Absalamova haqqında həbs …