Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Media / “Facebook”un fəaliyyətində nasazlıq yaranıb

“Facebook”un fəaliyyətində nasazlıq yaranıb

ABŞ, Avropa və Rusiyada “Facebook” istifadəçiləri ciddi problemlərlə üzləşiblər.

Sosial şəbəkənin fəaliyyətində problemlər Bakı vaxtı ilə 20:16-dan etibarən müşahidə olunub. İstifadəçilərin böyük əksəriyyəti ümumiyyətlə şəbəkənin fəaliyyətsizliyindən şikayətlənirlər (47%).

Eyni zamanda bəzi istifadəçilər öz səhifələrinə daxil ola bilmirlər (35%) və yaxud mobil əlavələrdən istifadələri mümkünsüzdür (17%).

Sosial şəbəkənin işində ən ciddi problemlər isə ABŞ, Niderland, Böyük Britaniya, Macarıstan, İtaliya, Polşa, Ukrayna və Gürcüstanda müşahidə olunur.(oxu.az)

Həmçinin oxuyun

Yazıq jurnalist nədən və kimdən yazsın?..

Azərbaycan cəmiyyətində çox zərərli tendensiya formalaşıb. Heç kim tənqid olunmaq istəmir. Məsələ burasındadır ki, tənqidə …