Ana səhifə / Media / Facebook istifadəçilərinin telefon nömrələrinin ifşa olunduğunu təsdiqləyib

Facebook istifadəçilərinin telefon nömrələrinin ifşa olunduğunu təsdiqləyib

“Facebook” 200 milyona yaxın istifadəçisinin telefon nömrələrinin internetdəki məlumat bazasında ifşa olunduğunu təsdiqləyib.

BBC xəbər verir ki, şirkət məlumat bazasını kimin yaratdığını və internetə “təhlükəsiz halda” buraxılmasının araşdırıldığını söyləyib.

Sözügedən məlumat bazasında facebook istifadəçilərinin istifadəçi adı və telefon nömrələri təhlükəsizliyi təmin edilməyən veb serverə yüklənilib və şifrə ilə qorunmayıb.

Məlumat bazasının “facebook” tərəfindən yaradılmadığı düşünülür.

“TechCrunch” saytı məsələ ilə bağlı veb hosting şirkətinə müraciət etdikdən sonra məlumat bazası internetdən yığışdırılıb.

Qeyd edək ki, “facebook” 2018-ci ildə istifadəçilərinə kimisə telefon nömrəsi ilə axtara bilmək funksiyasını yığışdırıb. Şirkət açıqlamışdı ki, müxtəlif “zərərli proqramlar” milyonlarla telefon nömrəsi daxil edərək nömrələrin kimə aid olduğunu tapmağa çalışırdı. Beləliklə də, telefon nömrələrini Facebook profillərinə əlavə etdikdən sonra gizlilik şərtlərini dəyişməyən istifadəçilərin telefon nömrələri ələ keçirilmə ehtimalı vardı.

“TechCrunch”ın ortaya çıxardığı məlumat bazasının da bu yollarla yarada bilinəcəyi düşünülür. (apa)

Həmçinin oxuyun

AzTV Arayikin müsahibəsini niyə yayımlamadı? – Açıqlama

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik …