Şənbə , Aprel 20 2024
Ana səhifə / Media / Fərdi təqaüdlər artırıldı – FƏRMAN

Fərdi təqaüdlər artırıldı – FƏRMAN

Bu gün Prezident İlham Əliyev “Prezidentin fərdi təqaüdlərinin artırılması” ilə bağlı fərman imzalayıb.

Fərmana əsasən, ölkənin elm, təhsil, mədəniyyət, iqtisadiyyat, dövlət idarəçiliyi və digər sahələrdə böyük əməyi olan şəxslərin xidmətlərinin qiymətləndirilməsi və onların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədilə aşağıdakı qərar verilib:

1. Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün məbləği artırılaraq 1300 (min üç yüz) manat müəyyən edilsin.

2. “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 6, maddə 329, № 10, maddə 587; 2004, № 12, maddə 1006; 2005-ci il, № 3, maddə 167; 2006-cı il, № 11, maddə 939; 2007-ci il, № 12, maddə 1235; 2008, №7, maddə 621) 2-ci hissəsində “min” sözü “1300 (min üç yüz)” sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın