Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Media / Eyvanlar söküldü, mənzərə dəyişdi – Fotolar

Eyvanlar söküldü, mənzərə dəyişdi – Fotolar

Paytaxtın Yasamal royunu, A.Ağayev küçəsi bina 1-də olan mənzillərə bitişik əlavə tikililərin sökülməsindən sonra, ərazi xarabalıqlara bənzəyir.

 Azinforum.az ” Musavat.com-a istinadən xəbər verir ki, artıq binanın arxa hissəsində   olan artırmalar tamamilə sökülüb. Söküntü nəticəsində mənzillərə də ziyan dəyib. Sakinlərin sözlərinə görə, eyvanlar sökülən zaman onların mənzillərinin divarlarına zərər dəyib. Ərazidə tikinti işlərinə nəzarət edən Faiq adlı şəxsin musavat.com-a açıqlamasına görə, binada söküntü aparılan hissələr tam təmir olunaraq sakinlərin ixtiyarına veriləcək: “Eyvanların  hamısı təmir olunaraq eyni rəng və formaya salınacaq. Binanın üzü magistral yola tərəf olduğu üçün, təmir abadlıq işlərinə xüsusi diqqət ediləcək. Eyni zamanda söküntü zamanı mənzillərin divarlarında yaranan problemlər də aradan qaldırılacaq. Sakinlər bu adablıq işlərindən razıdırlar. Binanın  Vergilər Nazirliyi istiqamətində aparılan söküntülərdən narazı olan sakinlərinin də istəkləri yerinə yetirilib. Belə ki, orada yerləşən  sənədi olan mənzillərə toxunulmayıb. Sadəcə həmin mənzillərin üzərində təmir işləri aparılaraq, müasir görkəmə salınacaq”.

Sakinlər isə artıq narazılıqlarını bildirmirlər.  Adlarının yazılmasını istəməyən sakinlərin sözlərinə görə, onlara aparılan söküntü sonrası heç bir kompensasiya verilməyib: “Şikayətləndik nə xeyri oldu. Dedilər sökəcəyik, sökdülər. İndi deyiblər eyvanların hamısın eyni rəngdə edəcəklər. Nə deyək, etsinlər görək necə olur”.

Ərazidə təmirlə əlaqədar 5-dən  tikinti texnikası işləryir. Təmir və bərpa işlərinin növbəti həftənin sonuna qədər yekunlaşacağı gözlənilir.

 

 

Həmçinin oxuyun

Əli Həsənovun jurnalisti şantaj etməsinə reaksiya: “Görün, qafası dünən necəymiş…“

Prezidentin keçmiş köməkçisi Əli Həsənovun adı ətrafında növbəti dəfə qalmaqal yaranıb. Belə ki, Həsənov bu …

Bir cavab yazın