Çərşənbə , Oktyabr 21 2020
Ana səhifə / Media / Eynulla Fətullayevin redaksiyalarında vergi yoxlamaları başladı — EKSKLÜZİV

Eynulla Fətullayevin redaksiyalarında vergi yoxlamaları başladı — EKSKLÜZİV

Vergilər Nazirliyinin əməkdaşları “Haqqin.az” və “Virtualaz.org” xəbər saytlarının redaksiyasında yoxlamalara başlayıb.


Bu barədə Demokrat.az-a mötəbər mənbədən məlumat daxil olub. 


Məlumata görə, jurnalist Eynulla Fətullayevin rəhbəri olduğu sözügedən redaksiyalarda vergidən yayınma halları baş verib. 


Məsələ ilə bağlı sözügedən saytların rəhbəri Eynulla Fətullayevlə telefon əlaqəsi saxlasaq da, zənglərimizə cavab verən olmayıb. 

Məsələni diqqətdə saxlamışıq, oxuculara əlavə məlumat veriləcək.

Həmçinin oxuyun

Zəngilanın işğaldan azad olunması xəbərini sevinc göz yaşları ilə təqdim etdi – Video

Azərbaycanlı teleaparıcı Zəngilanın işğaldan azad olunması xəbərini verərkən sevinc göz yaşlarına hakim ola bilməyib. Həmin …