Bazar ertəsi , Oktyabr 21 2019
Ana səhifə / Manşet / Eyni rayonun icra başçısı, polis rəisi və məhkəməsi bir jurnalistə qarşı səfərbər olub – FOTO

Eyni rayonun icra başçısı, polis rəisi və məhkəməsi bir jurnalistə qarşı səfərbər olub – FOTO

Abşeron rayonunda olduqca kuryoz sayıla biləcək bir hadisə baş verib. Həmin rayonun İcra Başçısı İradə Gülməmmədova və polis rəisi Şəmşirli Şəhriyar Qəmbər oğlu birgə imzaladıqları şikayət ərizəsi ilə elə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, sayt rəhbərinin həbsinə nail olmaq istəyirlər. Bu barədə məlumatı “Xeber-Xetti.az” saytının rəhbəri Mirəziz Əzizov öz “Feysbuk” səhifəsində yazıb. Onun paylaşdığı məlumatlardan görünür ki, artıq Məhkəmə xüsusi ittiham qaydasında edilən şikayəti icraata götürüb. Bununla da jurnalist Cinayət Məcəlləsinin 147.2 maddəsilə təqsirləndirilən şəxs kimi tanınıb.

Barəsində şikayət edilən saytın rəhbəri Azinforum.az-a verdiyi açıqlamada bildirib ki, yaranmış vəziyyətə səbəb onun yazdığı məqalə olub: “Mən həm polis rəisi, həm də rayon icra başçısının fəaliyyətinin sərt tənqid etmişəm. Yazılmış materialla bağlı onların hər hansı formada iradları olmadı. Yalnız məhkəmədən zəng gəldi ki, artıq iş icraatdadır. Onlar tənqidə dözümsüz yanaşaraq, bu yolla məni susdurmaq istəyirlər. Artıq həbsin bir addımlığındayam. Maraqlıdır ki, mənim yazdığım tənqidi İradə Gülməmmədova barəsində hər gün bir neçə sayt yazır. Yazmışam ki, Xırdalanın yolları bərbad vəziyyətdədir, illərdi bu mənzərə davam edir. Gəlsinlər baxsınlar, bəlkə elə deyil? Mənə qarşı olunan təzyiqi azad mətbuatın işinə edilən ən kobud müdaxilə kimi dəyərləndirirəm. Ölkə rəhbərliyindən xahiş edirəm ki, Abşerondakı məmurların bu özbaşınalığına son qoyulması ilə bağlı göstəriş versin. Gərək Məhkəmə özünə hörmət edib bu işi icraata götürməyəydi. Təbiidir ki, mən də lazımi şəkildə müdafiəmi quracam və birmənalı şəkildə işin başqa rayon məhkəməsində baxılmasını tələb edəcəm”.

Çinarə SEYİDOVA,

Azinforum.az

Həmçinin oxuyun

İSBAM Türkiyədə Müstəqillik gününü qeyd etdı – Fotolar

İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Türkiyənin Kocaeli …