Cümə , Aprel 19 2024
Ana səhifə / Media / Evsiz olan azərbaycanlı məşhurlar – Siyahı

Evsiz olan azərbaycanlı məşhurlar – Siyahı

Xarici ölkələrdən fərqli olaraq, Azərbaycanda insanlar şəxsi mülkləri, evləri olmasına xüsusi önəm verir. Hətta, onlar daha böyük və qəşəng ev üçün bir-biri ilə yarışır. 
Tanınmışlar arasında isə evlərini nümayiş etdirmək artıq dəb halını alıb. Ona görə də cəmiyyət onları varlı təbəqə hesab edir. Lakin tanınmışlar arasında da illərlə kirayədə yaşayan, evsiz olanlar var.
Onlardan biri müğənni Samiradır. O, “Qafqazinfo”ya müsahibəsi zamanı bildirib ki,hazırda ailəsi ilə kirayədə yaşayır: “Gündəmdə olmaq üçün belə şey etmək istəmirəm. Səviyyəli məkanlara getmək istəyirəm. Adıma layiq, mən və mənimlə yanaşı bir çox müğənnilər belə yerlərdə olsun. Fundament başqa cür qoyulub. Biz axı ciddi musiqi öyrənmişik. Mən indən belə necə “lə lə lə” oxuyum? Oxuyaram, problem yoxdu, pul da qazanaram, hər şey yaxşı olar. Ancaq istəmirəm, vicdanım götürmür. Mənim evim yoxdur. Heç kəs bilmir, kirayə qalan insanam. Heç vaxt da şikayətlənməmişəm. Təki can sağlığı olsun”.
Картинки по запросу samira müğənni
Bir müddət öncə Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin musavat.com-a müsahibəsi zamanı kirayədə yaşadığını deyib: “ Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım. Ya da kirayə qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdlə inandırmağa çalışmazdım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmıram”.
Картинки по запросу elşən musayev
 
Musavat.com kirayədə yaşayan məşhurların siyahısını hazırlayıb.
Gənc tamaşaçılar Teatrının tanınmış aktyoru Elnur Kərimov  kirayədə yaşayan məşhurlar siyahısındadır.
 Картинки по запросу tanınmış aktyoru Elnur Kərimov
Əməkdar artist Şəlalə Şahvələdqızı da evsiz tanınmışlardandır. O, anası ilə kirayədə yaşayır.
Картинки по запросу Əməkdar artist Şəlalə Şahvələdqızı
İllərlə kirayədə yaşan aktyor Azər Axşam hazırda ipoteka şərtləri ilə götürdüyü evdə yaşayır.
Картинки по запросу azer axsam
Bakı Uşaq Teatrının aktyoru  Cavanşir Məhərrəmov da evsizdir. Hazırda kirayədə yaşayan aktyor bir ev almaq və ailə qura bilmək üçün bir müddət öncə böyrəyini satacağını açıqlamışdı.
Картинки по запросу Bakı Uşaq Teatrının aktyoru  Cavanşir Məhərrəmov
Müğənni Günay İbrahimli də uzun müddət kirayədə yaşayıb.
Картинки по запросу Günay ibrahimli
Əməkdar artist Nicat Kazımov uzun müddət qayınanasının evində yaşayıb. Sonra isə həmin evin ikinci mərtəbəsini tikdirərək oraya köçüb.
Картинки по запросу Əməkdar artist Nicat Kazımov
 
Akademik Milli Dram Teatrının aktrisası Rada Nəsibova hazırda kirayədə yaşayır.
Картинки по запросу Rada Nəsibova
Müğənni Aysel Əlizadənin də kirayədə yaşadığı deyilir.
Könül İbrahim,
Musavat.com
Картинки по запросу Müğənni Aysel Əlizadə

Həmçinin oxuyun

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

“Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən …

Bir cavab yazın